Yuxarı

Son qərar sabah veriləcək - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, Bakıda ilk oyunumuzdur. Hamımız üçün önəmli olduğunu düşünürəm. Belə bir görüşün Bakıda keçirilməsi şəhərimiz, ölkəmiz, eləcə də futbolumuz üçün önəmlidir. "Roma"nı bəlkə də kimlərsə silirdi. Lakin bu komandanın oyununu gördüm. Çox peşəkar komandadır. Çalışacağıq ki, müsbət nəticə əldə edək.

Report xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində İtaliya təmsilçisi "Roma" ilə oyundan öncə təşkil edilən mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis "Azərsun Arena"da baş tutan tədbirdə jurnalistlərin suallarını da cavablandırıb.

- 65 min azarkeş önündə oynamaq necə hissdir?

- Təzyiq həmişə olur. Avropa təcrübəmiz olsa da, bunlar tam fərqli turnirlərdir. Stadion məsələsi çox müzakirə olundu. Buna bir daha toxunmağa gərək yoxdur. Nə qədər çox azarkeş önündə çıxış etsək, futbolçular bir o qədər inamlı oynayarlar. Bəzi məğlubiyyətlər böyümək üçün bizə lazımdır. Bundan nəticə çıxarmalıyıq. İlk oyunda 0:6 hesabı ilə uduzsaq da bu görüşə ysxşı hazırlaşmışıq. Daha yaxşı çıxş etməyə çalışacağıq.

- Miçel Madeyranın cərimə olunması xəbəri doğrudur?

- O, dünən cəzalanıb. Belə şeylər bağışlanılmır. Lakin idmanda belə şeylər olur. Hətta özümdə də olur. Bunu normal qarşılayıram. Klubda yaratdığımız nizam-intizamdan uzaqlaşmamalıyıq. Miçel peşəkar futbolçularımızdan biridi. Sabah da meydanda olma ehtimalı çoxdur.

- Ansi Aqolinin durumu necədir?

- Hər şey pozitivdir. Son qərarı sabahkı məşqdən sonra verəcəyik. Bəzi mövqelərlə bağlı fikirlərimiz var.

- Heyətdə nə kimi dəyişikliklər etməyi düşünürsüz?

- Dəyişikliklər olacaq, amma ciddi yox. Çünki rəqib fərqlidir. Üstəlik, evdə oynayırıq.

- "Roma"nı canlı izləyəndə zəif yerlərini heç görmədiniz?

- O vaxtı Pro kateqoriya oxuyarkən, Dortmund "Borussiya"sının düşərgəsinə getmişdim. Həmin vaxt fikirləşirdim ki, Azərbaycan futbolu hardadır, "Borussiya" harda? Sonra "Barselona"ya getdim. Dedim ki, "Barsa" hardadır, "Borussiya" harda? "Roma"nı da canlı izlədim. Bir daha şahidi oldum ki, bu rəqib də top-komandadır. Deməzdim ki, çoxlu sayda səhvlərini gördüm.

- Əvvəllər də İtaliya klubıarına qarşı oynamısız. Müqayisə aparardınız...

- "Roma" "Fiorentina" və "İnter"dən fərqli oyun üslubuna malikdir. Oyunqabağı rəqibi çox da tərifləmək istəmirəm. İtaliyada 2-ci yeri tutmaları hər şeyi deyir.

- Komandanızın üzərində böyük təzyiq olmayacaq. Bunu nəzərə alaraq, Ramil Şeydayev, Mahir Mədətov kimi gənclərə şans verməyi düşünürsünüz?

- Belə oyunlarda kiminsə haqqını əlindən almaq düzgün olmaz. Kim hazırdırsa, o da oynayacaq.

Tarix
2017.09.26 / 17:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla