Yuxarı

Mahir Şükürov türk klubu ilə razılığa gəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan yığmasının aparıcı oyunçusu Mahir Şükürov karyerasını Türkiyədə davam etdirə bilər.

Bu haqda mətbuata Türkiyənin "Karşıyaka" klubunun baş məşqçisi Yusuf Şimşək açıqlama verib.

Klub rəhbərliyi baş məşqçi Yusuf Şimşəkin istəyi ilə Mahirlə danışıqlar aparıb və razılıq əldə edib.

Şükürovu uzun müddətdir izlədiyini deyən Yusuf Şimşək futbolçunun hazırda İzmirdə olduğunu bildirib: "İzmirə gələn oyunçu ilə rəhbərlik danışıqlar aparır. Artıq razılaşıblar. Transfer bitmək üzrədir".

Qeyd edək ki, Mahir artıq bir dəfə Türkiyədə çıxış edib. 2004-cü ildə Mahir Şükürov "Antalyaspor"un formasını geyinib. 2010-cu ildə yenidən ölkə xaricinə çıxan futbolçu "Anji"in uğurları üçün çalışıb. Son olaraq "Neftçi"nin formasını geyinən millimizin üzvü əvvəllər "Gənclərbirliyi", "Şəfa", "Karvan", "İnter", "Xəzər Lənkəran", "Olimpik" və "Qəbələ"də çıxışıb.

ANS

Tarix
2014.06.16 / 19:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla