Yuxarı

Gimnastımız Dünya Kubokunda qızıl qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliyada keçirilən Dünya Kuboku yarışlarında batut gimnastikası üzrə yığma komandamızın üzvü Mixail Malkin tamblinq cığırında qələbə qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından Axar.az-a bildiriblər ki, 20-dən çox ölkənin idmançılarının iştirak etdikləri turnirin təsnifat mərhələsində inamlı çıxışı ilə hakimlərdən ən yüksək xal alan gimnastımız final mərhələsinə vəsiqəni təmin edib. Həlledici mərhələdə də proqramını qüsursuz icra edən idmançımız bütün rəqiblərini geridə qoyaraq Dünya Kubokunun qızıl medalına sahib olub.

Xatırladaq ki, M.Malkin bu ilin fevralında Bakıda təşkil olunmuş Dünya Kuboku mərhələsində gümüş medal qazanıb. Gimnastımız oktyabrın ilk həftəsində İspaniyada keçiriləcək beynəlxalq turnirdə və noyabrın 9-11-də Sofiyada təşkil ediləcək dünya yaş qrupu yarışlarında iştirak edəcək.

Tarix
2017.10.02 / 21:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla