Yuxarı

Əfsanəvi futbolçu bu ölkənin prezidenti ola bilər - Seçki

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017.10.12. 15:15

Liberiya prezident seçkilərində indiyə qədər olan nəticələrə görə məşhur futbol ulduzu Corc Vea liderdir.

Axar.az BBC-yə istinadən xəbər verir ki, Liberiyanın Milli Seçki Komissiyası səslərin hesablanmasının davam etdiyini və namizədin qalib olması üçün 50 faizdən yuxarı səs toplamalı olduğunu bildiriblər. Əks təqdirdə seçkilərin ikinci mərhələsi noyabrda keçiriləcək.

Qeyd edək ki, ilkin nəticələrə görə, dünən “Arsenal” futbol klubunun meneceri Arsen Venger səhvən Veanın seçkilərdə qalib gəldiyini və jurnalistlərə müsahibəsində, “Liberiyanın prezidenti seçilmiş Corc Veanı təbrik edirəm. Keçmiş futbolçunun prezident seçilməsi hər kəsə nəsib olmur”, - bildirmişdi.

Bunun ardınca isə dünya mediası Veanı vaxtından əvvəl qalib elan etmişdi.

2005-ci ildəki seçkidə Vea o zamankı prezident Elen Conson Selifə məğlub olmuşdu. O, həmin seçkidə 40% səs toplamağı bacarmışdı.

Vea bir çox məşhur klublarda oynayıb, 1995-ci ildə isə “Qızıl top” mükafatının sahibi olub.

Tarix
2017.10.13 / 13:20
Müəllif
İlkin, Aida
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla