Yuxarı

“Sabah”dan “Qarabağ” əleyhinə yazını kim sildirdi?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə “Sabah” qəzetində Mövlud Tezel adlı bir “əzik” yazarın “Qarabağ” futbol komandası ilə bağlı xoş olmayan bir yazısı insanlarımızı qismən də olsa, ayağa qaldırdı. Dolayısı ilə mən buna “bizi birləşdirən yazı” deyirəm. Bu uçqun kimi böyüyən birliyimiz məni çox sevindirdi. Əslində, buna millət olaraq çox böyük ehtiyacımız var. Çünki mən bu birliyin nəticəsində türk milləti olaraq kimsənin ağlına gəlməyəcək nə zorluqları geridə qoyduğumuzu yaxşı bilirəm...

Olay necə başladı?

İstər Türküstan, istər Ortadoğu, istər Güney Azərbaycan türkləri, istər Azərbaycan, istərsə də Türkiyədəki insanlarımıza edilən heç bir haqsızlığa susmayan Türkiyə Böyük Millət Məclisinin keçmiş millət vəkili Sinan Oğan “Sabah” qəzetində “Qarabağ” futbol komandası ilə bağlı “yazını” oxuyar-oxumaz gündəmə gətirdi. Və nəticədə 2-3 saat içərisində Azərbaycanla Türkiyə türkləri birləşərək sosial şəbəkələrdə reaksiyalarını ortaya qoydular. Bu hadisə hər təbəqədən insanımızı, eyni zamanda iki ölkədən olan jurnalistləri və millət vəkillərini hərəkətə keçirdi. Nəticədə sözügedən yazı saytdan qaldırıldı. Üzrü qəbahətindən böyük olan bir üzr də istəndi. Yəni reaksiyamız nəticəsini verdi.

Amma bu gün sosial şəbəkələrdə fərqli bir müzakirənin şahidi oldum. Bir qism bəzi millət vəkilləri və jurnalistlərin, başqa bir qism hansısa sivil toplum quruluşlarının adını çəkir. Biri səhifəsində “biz qəzetlə danışdıq, üzr istədilər” deyib boy göstərir. Bu paylaşımların altına yazılan şərhlər isə daha acınacaqlıdır. Tənqidlə təhqirin yerini səhv salan, məsələyə hansısa partiyanın üzvü olaraq baxanlar ölkəmizdəki önəmli məsələləri kənara buraxıb, indi də “Sabah” qəzetindən bunu kimin çıxardığını tapmağa çalışırlar.

Mənim bildiyim tək şey var. Sinan Oğanın başlatdığı bu kampaniyanın sonu Türkiyə və Azərbaycandan olan hər kəsimin məsələyə eyni reaksiyanı verdiyi birliyin nəticəsidir. Əminəm, bu işdə Sinan Oğanın da, Qənirə Paşayevanın da, Sevil Nuriyevanın da, professor Aygün Attarın da, AKP millət vəkili və Türkiyə Azərbaycan Dostluq Qrupunun rəhbəri Necdət Ünüvarın da, Azərbaycandakı Parlament Jurnalistlər Birliyinin də, hansısa diaspor təşkilatının da zəhməti var. Buna heç şübhəm yoxdur. Amma ən böyük reaksiya Feysbuk və Tvitterdə evlərdən, iş yerlərindən, avtobuslardan atılan mesajlar idi. Odur ki, kimsə kimsəni təhqir etməsin. Nəticədə hər biriniz bu vətənə, bu dövlətə, bu millətə xidmət etdiniz. “Xidmətinizi halal edin”, - demirəm, çünki bu, eyni zamanda bir VƏTƏN DAŞI OLARAQ BİZLƏRİN BORCUDUR.

P.S: Yazını ifşa edib dərhal gündəmə gətirən, bu “yazı” müəllifinin həddini bildirməyimiz üçün kampaniya başladan Sinan Oğana xüsusilə təşəkkür edirəm.

Tarix
2017.10.23 / 14:55
Müəllif
Nigar Ögeday
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla