Yuxarı

“Neftçi” müraciət yaydı: Bütün ölkə görəcək ki...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kəpəz”lə oyun bizim üçün çox ağır keçdi. Yerli azarkeşlərin dəstəyindən ruhlanan meydan sahibləri komandamıza çox ciddi müqavimət göstərdi. Bununla belə, “Neftçi”nin turnir hədəfləri baxımından çox vacib sayılan qələbəni qazana bildik. Komandamız təxminən ayyarımlıq fasilədən sonra doğma arenaya qayıdacaq.

Axar.az xəbər verir ki, bu sözləri “Neftçi” FK-nın vitse-prezidenti Elnur Eyvazov deyib. O, klubun azarkeşlərinə səslənərək, onları stadiona gəlməyə çağırıb:

“Bildiyiniz kimi, son 4 oyunumuzu səfərdə keçirdik. Buna baxmayaraq, ardıcıl 3 oyunda qələbə qazanmışıq. “Sumqayıt”la oyunda qələbələrin davamının gəlməsini istəyirik. Bunun üçün azarkeşlərin dəstəyinə ehtiyacımız var. Ölkənin ən köklü klubunun azarkeşləri nəticələrdən asılı olmayaraq, hər zaman sevimli komandasının yanında olub. “Sumqayıt”la qarşılaşmada isə daha böyük dəstəyə ehtiyacımız var. Oktyabrın 29-u bazar gününə təsadüf etdiyindən azarkeşlərimizin oyuna gəlməsi yolunda heç bir ciddi problem yaşanmamalıdır. Düşünürəm ki, bütün ölkə möhtəşəm “Neftçi” azarkeşini görəcək.

Futbolçularımız böyük azarkeş dəstəyi hiss edəndə istənilən rəqibi udmağa qadirdir. “Sumqayıt” son turda cari mövsümdə məğlub olmayan “Zirə”yə qalib gəldi. Ən azı bu məqam nə qədər çətin rəqiblə qarşılaşacağımızdan xəbər verir. Amma biz komandamıza və azarkeşlərimizə inanırıq. Artıq məzmunlu və baxımlı oyunumuz var. Son qələbələr futbolçuların psixoloji durumuna da müsbət təsir edir. Möhtəşəm azarkeşlərimizlə bütövləşib “Sumqayıt”la oyunda da qələbə seriyasına davam etmək istəyirik. Doğma divarlar arasında azarkeşlərlə bütövləşən “Neftçi” tam başqa - əsl “Neftçi”dir! Sonda bir daha dəyərli azarkeşlərimizə səslənirik: stadiona gəlin, “Neftçi”nin əsl gücünü, qüdrətini birlikdə göstərək!”

Qeyd edək ki, son illər ağır dövrünü yaşayan “Neftçi” klubu bu mövsüm nisbətən uğurlu oyun nümayiş etdirir. Komanda son turda “Kəpəz”i 1-0 hesabı ilə məğlub edib.

Tarix
2017.10.24 / 12:40
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla