Yuxarı

Millimizin yeni baş məşqiçisi kim olacaq? – AFFA-dan cavab

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ilə bağlanan müqavilən müddəti bitdiyi üçün o, dünən milli ilə yollarını ayırıb. Yeni baş məşqçinin kim olacağı ilə bağlı aparılan müzakirələr isə səngimək bilmir.

Axar.az xəbər verir ki, sosial şəbəkələrdə qızğın müzakirə mövzusu olan yeni baş məşqçi kimi daha çox Qurban Qurbanovun, Rəşad Sadıqovun, Fatih Terimin və digərlərinin adı çəkilir.

Yeni baş məşqçinin kimliyi ilə bağlı AFFA-dan Axar.az-a bildirildi ki, Federasiyada hələlik heç bir mütəxəssisin namizədliyi müzakirə olunmur:

“Bundan əvvəlki baş məşqiçinin seçiməsində AFFA-nın konkret namizəd siyahısı var idi. Həmin siyahı müəyyənləşdirildi və açıqlandı. Və namizədlərin içində bir nəfər razılığa əsasən baş məşqçi təyin edilirdi. İndi də belə olacaq. Hələlik heç bir siyahı yoxdur və onun nə vaxta hazır olacağı barədə dəqiq məlumat verə bilmərik”.

Məsələ ilə bağlı danışan idman şərhçisi Sənan Şərifzadə də bildirib ki, Qurban Qurbanovun bu vəzifəyə təyin edilməsi daha uğurludur:

Azərbaycan millisiylə uğur qazanmaq üçün yığmada güclü rəqabət olmalıdır. Bu gün yığmada oynayacaq layiqli futbolçularımız çox deyil. Məşqçi məsələsi qəlizdir. Düşünmək vacibdir. İndiki halda yerli məşqçi olacaqsa, o zaman əsas namizəd Qurban Qurbanovdur. Amma bir şərtlə ki, Qurbanov “Qarabağ”dan ayrılmasın. Onun bu klubdan ayrılmasını istəməzdim. Sözsüz ki, bu halda iki yerdə çalışmaq asan deyil, amma fikrimcə, Qurban bəy bu işin öhdəsindən gəlməyi bacarar. Əcnəbi məşqçi dəvət olunacaqsa, o zaman ad çəkmək çətindir. Hazırda əcnəbi məşqçilər arasında iş axtaranlar çoxdur”.

Millimizdə hər zaman yerli məşqçinin çalışmasının tərəfdarı olduğunu söyləyən tanınmış idman jurnalisti Emin Abbasov isə bu vaxta qədər əcnəbilərin bizə ciddi uğur qazandıra bilmədiyini vurğulayıb:

“Ümumiyyətlə tək bizdə yox, Avropanın bizim kimi kiçik futbol ölkələrində, əsasən öz çempionatında çıxış eləyən futbolçulardan təşkil olunmuş yığmalarda daha çox yerli məşqçilərə güvənirlər. Çünki yerli mütəxəssis yerli futbolçulara daha yaxşı bələddir və onlarla (əcnəbiyə nisbətən) daha yaxşı nəticə əldə eləyə bilər. Təbii ki, ilk növbədə Qurban Qurbanovu deyərəm. Onun bacarığı, ölkə futbolu üçün etdikləri göz önündədir. Onu milliyə çoxdan gətirmək lazım idi. “Qarabağ”ın ölkə başçısıyla son görüşündə də cənab İlham Əliyevin Qurban Qurbanova dediklərini hamı duydu. Yəni, onun həm məşqçi bacarığı, həm də bir şəxsiyyət kimi mövcudluğu danılmazdı və belə bir mütəxəssis qala-qala kənarda Foqts, Prosineçki kimi məşqçi axtarmağa gərək yoxdur. Alternativ variant kimi isə Rəşad Sadıqovu deyərdim. Gənc olmasına baxmayaraq, artıq PRO kateqoriyası almalıdır. Misal üçün, Ukrayna millisini Andrey Şevçenkoya həvalə etməkdən çəkinmədilər. Biz niyə Rəşad Sadıqova güvənməyək?”

Tarix
2017.10.27 / 13:00
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla