Yuxarı

"Qarabağ" İspaniyada tarix yazdı - Yeniləndi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

23:14

Futbol üzrə UEFA Çempionlar Liqasının "C" qrupunda mübarizə aparan Ağdamın "Qarabağ" klubu oktyabrın 31-də Bakı vaxtı ilə saat 23:45-də Madriddəki "Metropolitano" stadionunda "Atletiko" ilə oyuna çıxacaq.

Axar.az xəbər verir ki, komandaların qrup mərhələsinin dördüncü turu çərçivəsində keçiriləcək oyun üçün start heyətləri açıqlanıb.

"Qarabağ"ın start heyətində meydana İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Pedro Enrike, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli, Yakub Jezniçak, Donald Gerye və Ramil Şeydayev çıxacaqlar.

"Atletiko"nun ilk onbirliyində isə Yan Oblak, Dieqo Qodin, Filipe Luis, Tomas Parte, Antuan Qrizman, Saul Nigez, Anxel Korrea, Qabi, Stefan Saviç, Xuanfran və Kevin Qameyro yer alıblar.

Oyunu Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin olacaq.

Bu komandalar arasında Bakıda keçirilən görüş qolsuz heç-heçə ilə başa çatıb.

Qrupun digər oyununda "Roma" İtaliyada "Çelsi"ni qəbul edəcək.

Ağdam təmsilçisi qrup mərhələsi çərçivəsində səfərdə "Çelsi"yə 0:6, Bakıda isə "Roma"ya 1:2 hesabı ilə məğlub olub. Qeyd edək ki, "Çelsi" klubu 7 xalla "C" qrupunun lideridir. "Roma" 5 xalla ikinci, "Atletiko" 2 xalla üçüncü, "Qarabağ" isə 1 xalla sonuncu pillədə qərarlaşıb.

00:25

"Qarabağ"ın oyunçusu Miçel matçın 40-cı dəqiqəsində hesabı açdı: 0-1.

00:58

Tomas matçın 56-cı dəqiqəsində hesabı bərabərləşdirdi: 1-1.

***

Meydan sahiblərinin bərabərlik topundan 2 dəqiqə sonra "Qarabağ"ın yarımüdafiəçisi Pedro Enrike birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoydu.

***

Saviç "Atletiko"nu matçın 88-ci dəqiqəsində qırmızı almaqla azlıqda qoydu.

01:37

"Qarabağ" İspaniyanın paytaxtı Madriddə "Atletiko" ilə görüşdə növbəti tarixə imza atdı. Bu nəticə ilə təmsilçimizin qrupdakı xalı 2-ə çatdı.

Tarix
2017.11.01 / 01:37
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla