Yuxarı

Qurbanovun yeni təyinatı: “Qarabağ” nə itirəcək? - Şərh

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ” klubu ilə Çempionlar Liqasında tarix yazan Qurban Qurbanovun Azərbaycan millisinə baş məşqçi təyin olunması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Azarkeşlər Qurbanovun paralel olaraq yığmada baş məşqçi olmasının “Qarabağ” klubundakı fəaliyyətinə mane olacağını, bir növ, “Qarabağ”ın uğursuzluq zolağına düşəcəyini iddia edirlər.

Sözügedən iddialarla bağlı Axar.az-a danışan tanınmış futbol eksperti Rövşən Binnətli “Avro-2020” ilə bağlı mesaj verib:

“Statistika göstərir ki, dünyanın əksər milli komandaları uğurları daha çox yerli mütəxəssislərin rəhbərliyi altında qazanır. Son dövrlər isə Azərbaycanın əsas komandası əcnəbi mütəxəssislərə tapşırılır, amma məqsədə çatmaq mümkün olmur. Bu mənada, indiki təyinat təqdirediləsidir. Lakin belə fikirlər də var ki, Qurban Qurbanovun paralel fəaliyyəti “Qarabağ”ın çıxışına mənfi təsir göstərəcək. Həmin şəxslər də dediklərində konkret faktlara söykənirlər. Bununla belə, məsələyə geniş anlamda və sırf Azərbaycan futbolunun mənafeyi baxımından yanaşsaq, zənnimcə, bu addım təşkilatçılarından biri də biz olduğumuz “Avro-2020”-nin final mərhələsinə çıxmaq istəyimizin gerçəkləşməsində müsbət rol oynayacaq”.

Futbol eksperti Rüstəm Əfsərli bildirib ki, bu təyinat çox uğurlu nəticələrə gətirib çıxaracaq:

“Əvvəlcə onu deyim ki, Robert Prosineçkiyə yaradılan imkanlar Qurban Qurbanova yaradılsa, təmkinlə yanaşılsa, nəticə yaxşı olacaq. Ola bilər ki, həm “Qarabağ” klubuna, həm də milli komandaya diqqət ayırmaq Qurbanovun uğur qazanmasına mane olsun. Amma məncə, onun milli komandada yaxşı nəticə göstərmək potensialı əvvəlki məşqçi Prosineçkidən çoxdur. Yerli futbolçuları daha yaxşı tanıması, futbolçularla arasındakı münasibəti, hamının Qurban Qurbanovu nüfuzlu insan, məşqçi kimi qəbul etməsi ona bu işdə kömək olacaq. Şəxsim fikrim belədir ki, Qurban müəllim millidə də, klubda da uğurlu olacaq”.

“CBC Sport”un şərhçisi Pərviz Musayev də Qurban Qurbanovun uğur qazanacağını deyib və fikrini belə əsaslandırıb:

“Dəfələrlə olub ki, klubda hansısa böyük uğura imza atan məşqçi, yığmada bunu reallaşdıra bilmir və ya əksinə. Amma burada başqa məsələlər də var. Nəzərə almalıyıq ki, milli komandanın əsas heyətinin əksəriyyətini “Qarabağ”ın oyunçuları təşkil edir, Qurbanov oyunçuların hamısını yaxşı tanıyır və bütün bunlar Qurban Qurbanovun işinə müsbət təsir göstərə bilər. Yəni onun hər iki işini yüksək səviyyədə yerinə yetirəcəyinə inanıram”.

Qeyd edək ki, bu gün AFFA-nın iclasında yekdil qərarla Qurban Qurbanov yığmaya baş məqşçi təyin olunub.

Tarix
2017.11.04 / 08:30
Müəllif
Firuzə, İsko
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla