Yuxarı

"Qəbələ" qalib gəldi, "Keşlə" isə yenə uduzdu - Yeniləndi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:27

Noyabrın 4-də futbol üzrə Azərbaycan Premyer Liqasının XI turuna start verilib.

Axar.az xəbər verir ki, turun açılış oyununda “Qəbələ” komandası doğma meydanda “Səbail”i qəbul edib.

Baş hakim Rauf Cabbarovun idarə etdiyi matçın 15-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Famussa Kone hesabı açıb. On üç dəqiqə sonra Baqali Dabo ikinci topu rəqib qapısından keçirib.

Görüşün ilk hissəsi meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 83-cü dəqiqəsində Baqali Dabo dublunu rəsmiləşdirib. Dörd dəqiqə sonra “Səbail”in futbolçusu Eltun Yaqublu hesab arasındakı fərqi azaldıb və bu, oyunda vurulan sonuncu qol olub.

Beləliklə, görüş “Qəbələ”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyununda isə “Sumqayıt” klubu “Keşlə” ilə qarşılaşacaq.

Turun ikinci günündə “Qarabağ” səfərdə “Kəpəz”in qonağı olacaq. Günün növbəti qarşılaşmasında “Zirə” və “Neftçi” klubları üz-üzə gələcəklər.

“Səbail” üzərində qələbə qazanan “Qəbələ” hesabındakı xalların sayını 22-yə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. Eyni xala malik olan və bir oyun az keçirən “Qarabağ” birinci pillədə qərarlaşıb. “Zirə” isə 21 xalla üçüncü pillədə yer alıb.

21:15

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XI turunda ikinci oyun keçirilib.

Axar.az xəbər verir ki, “Sumqayıt” klubu “Kapital Bank Arena”da “Keşlə” ilə qarşılaşıb. Baş hakim Əliyar Ağayevin idarə etdiyi matçda meydan sahiblərinin heyətində qolları 30-cu dəqiqə Denis Silva (öz qapısına), 52-ci dəqiqədə Amil Yunanov və 71-ci dəqiqədə Adrian Skarlatake (avtoqol) vurublar. “Keşlə”nin heyətində isə 44-cü dəqiqədə Nizami Hacıyev fərqlənib.

Beləliklə, görüş “Sumqayıt”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra “Sumqayıt” xallarının sayını 16-ya çatdıraraq turnir cədvəlində dördüncü pilləyə yüksəlib. “Keşlə” isə səkkiz xalla yeddincidir.

Xatırladaq ki, turnirin ilk oyununda “Qəbələ” komandası “Səbail”i 3:1 hesabı ilə məğlub edib.

Noyabrın 5-də Ağdamın “Qarabağ” komandası Gəncənin “Kəpəz” klubunun qonağı olacaq. Həmin gün “Zirə” və “Neftçi” klubları da qarşılaşacaqlar.

Tarix
2017.11.04 / 21:15
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla