Yuxarı

"Qarabağ"ın oyunçusu: "Son bir arzum qalıb"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kristian Panuççi məni milliyə çağırdı və inamını nümayiş etdirdi. Ona görə mən bu gün millinin əsas üzvlərindən biriyəm.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli deyib. Albaniyanın “Supersport” telekanalında yayımlanan “Zona Qol” verilişinə danışan 35 yaşlı futbolçu yığmasının Türkiyə ilə qarşıdakı yoldaşlıq oyununa çağırılmamasının səbəbini də açıqlayıb: “Baş məşqçinin Albaniya ilə bağlı uzunmüddətli layihəsi var. O, millidə oynatmaq üçün çox futbolçu olduğunu sübut etməyə çalışır. Yoldaşlıq oyunu olduğundan bu toplanışda iştirak etmirəm”.

Aqolli milli karyerasını bitirmək barədə hələ düşünmədiyini bildirib: “Millidən ayrılmaq? Hələ heç nə deyə bilmərəm. Çünki futbolda proqnoz vermək çox çətindir. Hətta bundan sonra nə qədər oynayacağımı da bilmirəm. Düşünürəm ki, milli komanda ilə uğur qazanmışam. Yığmanın kapitanıyam və Avropa çempionatında oynamışam. Bu mənada hələlik millidən ayrılmağım mümkün deyil”.

Aqolli “Qarabağ”dakı uğurlarından da danışıb: “Çempionlar Liqasında 4 oyun keçirmişik. Komandanın öz məqsədlərinə nail olmasını təmin etmək üçün hər cür səy göstərmək yaxşıdır. Özümü Çempionlar Liqasında görmək məni xoşbəxt edir”.

Adı ölkəsinin “Skenderbeu” klubu ilə hallanan müdafiəçi hələlik “Qarabağ”da qalmaq istədiyini vurğulayıb. Ancaq o, futbolçu kimi nə vaxtsa sabiq klubuna qayıdacağını da istisna etməyib:

“Mənim “Qarabağ”la müqaviləm var. Özümü bu komandada yaxşı hiss edirəm. Nə qədər ki, imkan var, bu komandada qalmaq istəyirəm. Xoşbəxtlikdən karyeram ərzində nəyi istəmişəmsə, nail olmuşam. Buna baxmayaraq, futbolda son bir arzum qalıb. Karyeramı “Tirana” ilə daha bir çempionluq qazandıqdan sonra bitirmək istəyirəm. Tiranada gözəl günlər keçirmişəm. Bu komandaya mənim xüsusi hislərim var”.

Tarix
2017.11.06 / 22:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla