Yuxarı

Çempion olan şahmatçılarımızdan biri polis imiş

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 28-dən noyabrın 6-dək Yunanıstanın Krit adasında keçirilən klublararası komanda çempionatında millimizin tərkibində DİN İdman Cəmiyyətinin İdman Təlimi şöbəsinin inspektoru, polis baş leytenantı Rauf Məmmədov da təmsil olunub.

DİN-dən Axar.az-a verilən məlumata görə, R.Məmmədov şahmat oynamağa 7 yaşından başlayıb. 2004-cü ildən qrossmeysterdir. O, 2009-cu ildə Novi Sad və 2013-cü ildə Varşavada keçirilən Şahmat üzrə milli komandaların Avropa çempionatında qızıl medal, daha öncə, 2007-ci ildə isə bürünc medal qazanmış Azərbaycan komandasının tərkibində, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov və Qədir Hüseynovla birgə çıxış edib. 2009-cu ildə Rauf Texas ştatının Lubbok şəhərində keçirilən 16-cı kateqoriyalı SPİCE Kubok Turnirində Yuriy Kuzubov və Dmitry Andreikinlə 1-3-cü yerləri bölüşüb. 2011-ci ildə Corsica Masters blitz turnirinin qalibi olub. 2015-ci ildə Minskdə keçirilən Şahmat üzrə Avropa Bitz Çempionatının qalibidir.

Üçqat Azərbaycan çempionudur. Həmişə olduğu kimi bu yarışa da əvvəlcədən ciddi hazırlaşan R.Məmmədov komandamızın qələbəsinə öz töhfəsini verib.

Tarix
2017.11.07 / 16:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla