Yuxarı

"Qarabağ" ümid mayakı kimi parlayır - Deyli

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın "Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə çıxması özlüyündə böyük hadisə olsa da, əldə etdiyi nəticələrlə müqayisədə beşqat Azərbaycan çempionunun tarixi daha genişdir.

Qol.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Vaşinqton Universitetinin "Deyli" tələbə qəzetində dərc olunan məqalədə deyilir.

Müəllif Endi Yamasita 1993-cü ilin iyunundan Ağdamda doğma meydanında oynaya bilməyən Azərbaycan klubunun - dünyada azsaylı "qaçqın-klub"lardan birinin kədərli tarixindən bəhs edib.

Məqalədə bildirilir ki, 1951-ci ildə Ağdamda əsası qoyulan "Qarabağ" 1992-ci ildən müntəzəm olaraq Azərbaycan Premyer Liqasında çıxış edir.

Müəllif yazır ki, SSRİ-nin süquta uğramasından sonra Dağlıq Qarabağda erməni separatçıları və azərbaycanlılar arasında münaqişə baş qaldırdı və bu regionda gərginlik hələ də yüksəkdir.

E.Yamasita müharibə vaxtı Ağdam stadionunun bir neçə dəfə bombardmana məruz qaldığını da qeyd edib: "Ağdam 1993-cü il iyunun 23-də erməni separatçıları tərəfindən işğal olundu. Həmin il "Qarabağ" ilk dəfə Azərbaycan çempionu olub. Bu onların evlərini itirməsinə və şəhərlərinin dağıdılmasına görə kiçik "təzminat" idi. Ağdam hələ də "ruhlar şəhəri"dir".

Qeyd olunur ki, hazırda yarışdığı Çempionlar Liqasında qrupdan çıxma şansı az olsa da, "Qarabağ" Avropanın güclü komandaları ilə oynamaq gücündə olduğunu göstərdi:

"Doğma meydansız qalan bu komanda Ağdam sakinləri üçün ümid mayakı kimi parlayır. Onlar klubu sevimli şəhərlərinin son xatirəsi hesab edirlər"

Tarix
2017.11.10 / 00:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla