Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 İyul 2018


"Qarabağ"ın 3 milyonluq futbolçusu klubdan gedir?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" klubu futbolçu Pedro Enrikenin qışda komandadan ayrılacağına dair xəbərlərə münasibət bildirib.

Klubun meneceri Asif Əsgərov Report-a açıqlamasında 27 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilələrinin olduğunu xatırladıb.

O, braziliyalı oyunçunun müqavilə üzrə məxsus olduğu Yunanıstan PAOK-una tezliklə qayıtmasının müzakirə mövzusu olmadığını vurğulayıb: "Yunanıstan mətbuatında yazılanların hamısı boş söhbətlərdir".

Enrike İspaniyada "Atletiko" ilə Çempionlar Liqasının qrup mərhələsinin IV tur matçında rəqib futbolçunun sifətinə açıq ayaqla zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alıb. "Qarabağ" rəsmisi hələlik cəza müddətinə dair UEFA-dan heç bir bildiriş almadıqlarını söyləyib. Bununla belə, cinah oyunçusunun İngiltərənin "Çelsi" komandası ilə noyabrın 22-də keçiriləcək V tur qarşılaşmasını buraxacağı dəqiqdir.

Qeyd edək ki, Yunanıstanın sport24.gr saytı "Qarabağ"ın Pedro Enrike ilə vidalaşmaq istədiyini və bu məqsədlə PAOK-a məktub göndərdiyini yazıb. Səbəb kimi braziliyalı legionerin ağır müqavilə şərtlərinin olduğu göstərilib. Ağdam klubunun avrokuboklarda çıxışını başa vurduqdan sonra ölkədaxili titul əldə etməkdə problem yaşamayacağı da diqqətə çatdırılıb. Digər tərəfdən, oyunçunun özünün də Azərbaycan Premyer Liqasındakı rəqabətsizliyi bəyənmədiyi və özünün də artıq stimulunu itirdiyi bildirilir. "Sambaçı" ilə Rusiya klublarından birinin maraqlandığı deyilir. Pedro Enrike "Qarabağ"ın heyətində 14 oyuna 3 qol vurub. Qollardan biri Çempionlar Liqasının II turunda Azərbaycan təmsilçisinin İtaliya "Roma"sına 1:2 hesabı ilə uduzduğu görüşə təsadüf edib.

Tarix
2017.11.11 / 13:29
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Klublarımızın "qara gecəsi": Biabırçı vida...

"Qarabağ" bu tarixdə böyük mübarizəyə başlayacaq

Dünyanın ən zəngin idman klubu - Reytinq

Ronaldo otel işçilərinə 20 min bəxşiş verdi

Məğlub rəqibin baş məşqçisi: "Qarabağ"ı dəstəkləyəcəyik

Qurban Qurbanov: Bizi bu qədər düşündürən rəqib olmamışdı

"Qəbələ" geri dönüş edə biləcəkmi?

"Qarabağ" başladığı kimi bitirdi: növbəti mərhələ - Yeniləndi

"Neftçi"nin təhlükəsizliyinə təminat verildi

Mədət Quliyev və Elnur Məmmədli master-klass keçdi

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla