Yuxarı

AFFA-nın baş katibi: "Danışılmış oyunlarla əlaqədar..."

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün AFFA-nın inzibati binasında I Divizionda çıxış edən klubların nümayəndələri ilə görüş keçirilib.

Axar.az AFFA-nın saytına istinadən xəbər verir ki, tədbridə AFFA-nın baş katibi Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov iştirak ediblər.

Baş katib çıxış edərək iştirakçıları salamlayıb və I Divizionda ötən mövsüm danışılmış oyunlarla bağlı ortaya çıxmış problemləri xatırladıb, bir neçə klub, fubolçu, hakim və inzibati işçinin sanksiyaya məruz qaldığını deyib. AFFA-nın bu məsələyə çox həssas yanaşdığını qeyd edən Elxan Məmmədov danışılmış oyunlarla əlaqədar məsələlərin gələcəkdə də hər zaman diqqət mərkəzində saxlanılacağını vurğulayıb.

AFFA-nın Hüquq və kadr məsələləri şöbəsinin əməkdaşı, UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Kamran Cəbrayılov xüsusi təqdimatla çıxış edərək danışılmış oyunlar, onlarla mübarizə üsulları, FİFA və UEFA-nın, həmçinin AFFA-nın İntizam qaydalarında bu problemlə bağlı öz əksini tapmış müddəalar barədə məlumat verib.

AFFA-nın Apellyasiya və Arbitraj Tribunalının üzvü Vasib Əkbərov idman oyunlarının nəticəsinin manipulyasiyası ilə əlaqədar məsələlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsində xüsusi maddələrin olduğunu deyib, bu kimi neqativ hallarla əlaqədar müvafiq məlumatlar daxil olduqda cinayət işi açıla biləcəyini, prosesin hüquq-mühafizə orqanlarının nəzarətində olacağını qeyd edib.

Tarix
2017.11.13 / 19:37
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla