Yuxarı

Anarın öldürdüyü idmançının işi… - Rusiya Prokurorluğu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı dünya çempionunu öldürməkdə təqsirləndirilən Anar Allahverənovun işi ili bağlı yenilik var.

Dünya Azərbaycanlıları Assambleyasından Axar.az-a verilən məlumata görə, Rusiya Ədliyyə Nazirliyi DAA-nın onlara rusiyalı dünya çempionunu öldürən Anar Allahverənovla bağlı göndərdiyi müraciətə cavab verib. Cavabda bildirilib ki, Rusiya Ədliyyə Nazirliyi Rusiya Federasiyası Prakrorluğu qarşısında məsələ qaldırararaq dünya çempionunun öldürülməsi ilə bağlı yenidən araşdırma aparılmasına göstəriş verib.

Məktubda Rusiya Baş Prokrorluğuna bu məsələni icraatlarında saxlamalarını və qeyd olunanlarla bağlı araşdırılaraq Assambleyaya məlumat verilməsinin zəruri olduğu qeyd olunub.

Xatırladaq ki, 20.08.2017 tarixində əslən azərbaycanlı, Rusiya Federasiyası vətəndaşı olan Anar Allahverənov ilə rusiyalı dünya çempionu Andrey Dryaçov arasında münaqişə baş verib. Hadisə nəticəsində hər iki tərəf bir birinə qarşı zor tətbiq edib, bir-birinə qarşı ağır zərbələr endiriblər. Nəticədə idmançı Andrey Dryaçov vəfat edib.

Ancaq sırf məişət xarakterli münaqişənin, milli münaqişə olaraq təqdim etmək cəhdlər olub və nəticədə hadisədə təqsirli bilinən Anar Allahverənova qarşı daha əvvəl Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi üzrə (sağlamlığa ağır ziyanın vurulması, ehtiyatsızlıqdan ölümə gətirib çıxarma) ittiham irəli sürülsə də, sonradan davaya millətlərarası xarakter verilib.

Məsələ ilə əlaqədar Assambleya rəhbərliyi bir müddət öncə Rusiya hökumətinə müraciət edib.

Müraciətdə baş vermiş hadisədən Rusiya ilə Azərbaycan arasında hökm sürən dostluq münasibətlərinə zərbə vurmaq meyilləri hiss olunduğu bildirilib. Rusiya rəsmi qurumlarını məsələnin milli deyil, sırf məişət xarakterli münaqişə olması ilə bağlı , baş vermiş hadisəyə hüquqi qiymət verilərkən, milli deyil məişət zəminli münaqişə kimi qiymət verilməsinin daha doğru və ədalətli olacağı qeyd olunub.

Bu prosesin həssaslığını nəzərə alaraq DAA-nın bundan sonra da məhkəmə prosesini təşkilat olaraq nəzarətdə saxlayacağı bildirilib.

Tarix
2017.11.14 / 17:00
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla