Yuxarı

Bakı Avro-2020-yə hazırlaşır

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ildə 13 şəhərdə təşkil olunacaq futbol üzrə Avropa çempionatına hazırlıq işləri ilə tanış olmaq məqsədilə UEFA nümayəndələri Bakıya səfərə gəliblər.

Axar.az xəbər verir ki, noyabrın 17-də AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Avro-2020-nin ev sahibi ölkələrin layihələrinin rəhbəri Guillaume Poisson və Fan-zonalar üzrə menecer Tomas Qlur ilə görüşüb.

UEFA nümayəndələrinə Avro-2020 ilə bağlı görülmüş işlər barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qitə futbol qurumunun təmsilçiləri səfər müddətində Avro-2020 zamanı yaradılacaq fan-zonaların yerləşəcəyi ərazilərə də baxış keçirəcəklər.

Xatırladaq ki, Avro-2020-nin 4 oyunu (qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir görüşü) Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Tarix
2017.11.17 / 23:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla