Yuxarı

"Beşiktaş" Çempionlar Liqasında tarix yazdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun "Beşiktaş" klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının səkkizdəbir finalına yüksəlib.

Axar.az xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsində keçirdiyi beşinci matçda doğma meydanda "Portu" ilə 1:1 hesabı ilə heç-heçə edən istanbullular xallarının sayını 11-ə çatdıraraq "G" qrupunda liderliklərini rəsmiləşdiriblər.

Matçın 29-cu dəqiqəsində "Portu" Felipenin qolu ilə hesabda irəli çıxıb. Lakin ilk hissənin sonuna yaxın "Beşiktaş"ın heyətində Taliska hesabı bərabərləşdirib - 1:1.

Beləliklə, qrupda üç qələbə və iki heç-heçə edən "Beşiktaş" UEFA Çempionlar Liqasında öz qrupunda lider olan ilk türk klubu adını qazanıb.

İstanbul təmsilçisi qrup mərhələsinin sonuncu turunda səfərdə "Leypsiq" komandasının qonağı olacaq.

“E” qrupunun ilk qarşılaşmasında isə Rusiyanın “Spartak” klubu doğma meydanda Slovniyanın “Maribor” komandası ilə 1-1 hesablı heç-heçə edib.

Tarix
2017.11.22 / 00:03
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla