Yuxarı

Bu futbolçular yığmada olmayacaq - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Komanda.az-ın keçirdiyi sorğunun nəticəsinə əsasən ilin məşqçisi seçilən Qurban Qurbanov bu gün “Fairmont otel”də keçirilən tədbirdə mükafatına qovuşub.

APA-nın məlumatına görə, 45 yaşlı mütəxəssis mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.

- 2017-ci ili necə dəyərləndirirsiz?

- Çox ağır və yaddaqalan il oldu. Çempionluq və ölkə kuboku öz yerində, azarkeşlər son iki ildə Çempionlar Liqasının qrupuna düşmək istəyirdilər, hətta demək olar ki, tələb edirdilər. Ağır mövsüm keçdi. Biz də ÇL-in qrupuna düşməyi bacardıq. Bu il həm çempion olduq, ölkə kubokunu qazandıq və ÇL-in qrupuna düşdük. Dekabrda Premyer Liqanı lider kimi başa vurmaq istəyirdik və bunu bacardıq. Bu il son hədəfimiz ölkə kubokunda mərhələ adlamaqdı. Bu da baş versə, tam uğurlu olacaq. Xoş il oldu. Bəzən futbolçular, məşqçilər və rəhbərlik kiçik uğur qazananda rahatlaşır və “Gələn il qrupa düşməsək də, heç kimin heç nə deməz” düşünür. Amma biz belə düşüncələrin qarşısını aldıq. ÇL-in qrupuna düşməyi bacardıq. “Qarabağ”ın rəhbərliyinə, futbolçularına və azarkeşlərinə təşəkkür edirəm. Uğurlar bizi rahat etməli deyil. İlin məşqçisi mükafatı mənim məsuliyyətimi daha da artırır. Həqiqətən də, bu ili uğurlu adlandırardım. Məni üzən iki böyükhesablı yenilgi oldu. “Çelsi”yə ev və səfər matçlarında uduzduq. İstəməzdim belə olsun. Amma real yanaşaraq komandaların gücünə baxsaq, futbolda belə hesablar olur. Bunu normal qarşılamaq olur. İki komanda arasında matçda belə hesablar olur. Uğurlu il alındı.

- 8 il ölkədə ən yaxşı baş məşqçi seçildiniz. Çempionlar Liqasının qrupunda 2 xal topladınız. Özünüz üçün müqayisə etsəniz, hansı daha uğurludu?

- Mənim üçün olmasın, azarkeş və komanda üçün olsun. Məni yaxşı tanıyırsız. Düşüncələrim belədi. Bunun tərəfdarıyam. İlin məşqçisi seçilmək arzusunda olmamışam. Çıxışımda da unutdum, xahiş etmək istəyirdim ki, mənim haqqımda çox da yazılar, təriflər olmasın. İstəyirəm “Qarabağ”a və azarkeşlərə tərif olsun. İki xal və böyük komandaların Azərbaycana gəlməsi mənim üçün daha üstündü, nəinki ən yaxşı seçilməyim.
- Millinin baş məşqçisi kimi mətbuat konfransı nə vaxt olacaq?

- Qəti qərar verməmişik. Dekabrın 20-dən sonra ola bilər.
- Uzun müddət milliyə dəvət almayan Rauf Əliyev, İlqar Qurbanov və Rüfət Dadaşovun yenidən çağırılacağı gözlənilir?

- Düzünü deyirəm, hələ qərar verməmişik. Futbolçuları tanıyırıq. Təxmini olsa da, potensiallarına bələdəm. Raufun nəyə qadir olduğunu bilirəm. Digərlərinin də həmçinin. Yanımda olmayan oyunçulara ola bilər ki, tam bələd olmayım. Mənə vaxt lazımdı. İlk toplantıdan sonra dəyişikliklər olacaq. Ola bilər ki, ilk toplanışa dəvət almayan bəzi oyunçular da olsun. Bu, milli komandadı. Mən nə qədər məsuliyyətli yanaşıramsa, futbolçu ikiqat yanaşmalıdı. Bakı kiçik şəhərdi, hər yerdən məlumatlıyıq. Futbolçuların hansı həyatı yaşadıqlarından və harda olduqlarından məlumatlı oluruq. Kim harda olur, nə edir, bilirik. Buna görə də yığmada məsuliyyətli insanlar olmalıdı. Təkcə futbolu düşünən və bununla nəfəs alan deyil, həyat tərzində doğru yol tutanlar millidə olacaq. Ola bilər ki, kimdənsə zəif və aşağı səviyyədə olsun, amma yetər ki, işində məsuliyyətli olsun. Problemli və bundan sonra problem yaşadacağı gözlənən futbolçuların yığmada olmasını istəmirəm. Hamı özünü yaxşı mənada hazırlamalıdı və milliyə hazır etməlidi.

- Bu, Kamran Ağayevə də mesajdı?

- Xeyr. Niyə? Ümumi deyirəm. Hər futbolçu ilə yaxından maraqlanacam. Bu məsələdə ciddi olacam. Kollektiv şəkildə birlik olmalıdı. Bu, yığma komandadı. Bəzən üzdə hər şey qaydasında görünür. Müsahibələrdə, açıqlamalarda vətənpərvər kimi görünür, amma eşidirsən ki, tam fərqli sözlərdi. Tam diqqət yetirəcəyik. Komandanı formalaşdırmaq üçün 1-2 ilə ehtiyac olacaq. 10-15 futbolçu olsun, amma məsuliyyətli, ürəkli və ciddi şəkildə işinə yanaşsın.

- Bir zamanlar Türkiyədə də belə metod var idi. Hətta 2002-ci ildə dünya çempionatında 3-cü yeri tutmuşdular...

- Türkiyədən fərqliyik. Qardaş ölkədə 80 milyon insan yaşayır. Orda futbolçu tapmaq daha asandı, bizdə isə çətindi. Biz daha fərqli baxacağıq. Bu işləri etməsək, futbolçu formalaşdırmaq çətin olacaq. Şenol Günəşlə belə söhbətim olmayıb. Məşqçi kimi öz prinsiplərim olacaq.

- Yığmanın toplanışdakı rəqibləri bəllidi?

- Xeyr, heç nə məlum deyil.

Tarix
2017.12.09 / 18:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla