Yuxarı

Ərimlə Azərbaycanda yaşamaq... - Qriqorçukun qızı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun artıq 3 ildi futbol həyatı Azərbaycanla bağlıdı. 52 yaşlı ukraynalı mütəxəssis ölkəmizdə həyat yoldaşı Alina Qriqorçukla 9 yaşlı oğlu Tamerlanla birgə yaşasa da, qızı Yevgeniya onlarla deyil. Qriqorçukun 27 yaşlı qızı heç vətənində də yox, Latviyada yaşayır. Bu da təsadüfi deyil. Roman İosifoviçin futbol həyatının 11 ili - 1998-2009-cu illər bu ölkəyə bağlı olub. Orada yaşıl meydanda çıxışını başa vuraraq məşqçiliyə başlayan Qriqorçuk 2009-cu ildə vətəninə qayıdıb.

Qızı isə o gedəndən sonra da Latviyada qalmağı üstün tutub, həyatını hələ ki bu ölkəyə bağlayıb. Yaşadığı Riqada iqtisadiyyat üzrə ali təhsil alan Yevgeniya bank sektorunda çalışır. Bu yaıxnda isə onun ailə həyatı qurması xəbəri yayıldı. Qriqorçukun böyük övladı müsahibəsində şəxsi həyatından, ailəsinə, atasına, "Qəbələ"yə sevgisindən, azarkeşliyindən danışıb.

- Ailənizdən kənada - Latviyada yaşayırsınız. Darıxmırsınız?

- Çox darıxıram, nə gizlədim. Təəssüf ki, ailəmlə istədiyim qədər tez-tez görüşə bilmirəm. Ancaq belədə, hər bir görüş qızıl dəyərində olur.

- Daha çox kimin üçün darıxırsınız? Atanız, ananız, yoxsa qardaşınız üçün?

- Bütün ailə üzvlərim üçün çox, lap çox darıxıram və onlarla birlikdə keçirdiyim hər dəqiqəni olduqca yüksək qiymətləndirirəm.

- Ailənizlə tez-tez danışırsınız, yoxsa əlaqəniz azdı?

- Atam mənim üçün hər şeydə nümunədi. Onunla hədsiz fəxr edirəm. Bu səbəbdən daim məsləhət üçün ona müraciət edirəm. Atamla söhbət etmək, ondan nələrisə öyrənmək, onu dinləmək mənə xüsusi zövq verir.

- Futbolu sevirsiniz?

- Atam bu idman növünə məhəbbətimi uşaq yaşlarımdan aşılayıb. Axı, onun üçün futbol həyat tərzidi.

- Nə vaxtsa atanızın komandasının oyununa baxmısınız?

- “Qəbələ”nin uğurlarını izləyirəm və sidq ürəkdən bu komandaya azarkeşlik edirəm.

- Roman İosifoviç komandasına qarşı tələbkardı. Bəs öz uşaqlarına qarşı necə?

- Doğrudan da atam maksimalistdi. Tələbləri ən yüksək həddədi. Ancaq ilk növbədə özünə qarşı, daha sonra isə rəhbərliyi altında çalışan insanlara. İstəyi budur ki, insan özünü işinə 100 faiz həsr etməlidi, hətta bundan da artıq. Qardaşımla mənə valideynlərimiz çox şey verib. Uşaqlıq illərimdə valideynlərim bütün təşəbbüslərimi dəstəkləyir, müxtəlif idman növləri və rəqsdə özümü yoxlamaq imkanı yaradır, müxtəlif məşğələlərə göndərirdilər ki, çoxşaxəli inkişaf edim, yeni biliklərə sahib olum. Buna görə də onlara hədsiz minnətdarlığımı bildirirəm. İndi mənim növbəmdi: onların mənə sərf etdikləri vaxtın, biliyin, gücün qarşılığını verim ki, öz övladları ilə fəxr etsinlər.

- Azərbaycana gəlmisiniz. Ölkəmiz xoşunuza gəlibmi?

- Bir neçə dəfə Azərbaycanda olmuşam. Bu ölkə məni öz gözəlliyi, özünəməxsus ab-havası, qonaqpərvərliyi və əlbəttə ki, mətbəxi ilə heyran edib.

- Atanız Latviyada işləyədən orda qaldınız. Yaşadınız, oxudunuz. İndi orda bank sektorunda çalışırsınız. Ola bilərmi, günlərin biri günü Azərbaycana köçüb burda işləyəsiniz?

- Düşünürəm ki, həyat yoldaşımla bir müddət Azərbaycanda yaşamaq bizə maraqlı gələrdi. Çünki ölkəniz Latviyadan çox fərqlənir.

- Yeri gəlmişkən, yenicə ailə həyatı qurmusunuz. Latviyalıyla ərə getmisiniz?

- Həqiqətən də təzəcə ailə qurmuşam. Həyat yoldaşım rus olsa da, dünyaya gözünü Latviyada açıb və həmişə burada yaşayıb.

- Azərbaycanda ukraynalı qızları sevirlər. Bəs Latviyada?

- Elə Latviyada da ukraynalı qızları həm sevirlər, həm də dəyər verirlər.

- Niyə idman sahəsində çalışmadınız və ya idmançı olmadınız?

- Uşaqlıq illərimdə müxtəlif idman növləri ilə məşğul olmuşam. Həmişə nəsə yeni bir şeylə məşğul olmağa meylli olmuşam. Üstəlik, daim yaşadığımız yerləri dəyişirdik. Bu səbəbdən də daim idman növlərini dəyişirdim. Təhsil aldıqdan dərhal sonra işləmək üçün bankdan dəvət aldım. Bu üzdən də idman karyeram baş tutmadı. Hərçənd, ara-sıra futbol agenti olmaq ağlımdan keçirdi.

- Orda futbol matçlarına baxırsınız?

- Əlbəttə! Həyat yoldaşım da futbol azarkeşidi və idman dünyasındakı məlumatlarla yaxından maraqlanır. Elə bu səbəbdən də axşamlar tez-tez televizor qarşısında futbol matçlarını izləyirik.

Sport24.az

Tarix
2017.12.13 / 00:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

İran-İsrail savaşının Bakıya təsiri... - Cəfərsoy

Tokayevin Paşinyana mühüm təklifi var - Naumov

Bayramov omanlı həmkarı ilə görüşdü

Kəndlərin verilməsi 9 noyabr bəyanatında var idi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla