Yuxarı

“Azərsell”dən Uşaq Paralimpiya İdman Oyunlarına dəstək

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərsell Telekom MMC-nin dəstəyi və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə ökəmizdə III Uşaq Paralimpiya İdman Oyunları baş tutub.

Şikətdən Axar.az-a verilən məlumata görə, dekabrın 11-də Sumqayıt şəhərində yerləşən Respublika Paralimpiya İdman Kompleksində keçirilən yarışda 8 regiondan 111 sağlamlıq imkanları məhdud uşaqlar 7 idman növündə 19 medal uğrunda mübarizə aparıblar. Bu dəfə idmançılarımız boccia, cüdo, üzgüçülük, qolbol, masaüstü tennis, parataekvando və əlil arabasında idman rəqsi kimi idman oyunlarında öz güclərini sınayıblar. Oyunların açılış mərasimində Azərsell Telekom MMC-nin Prezidenti Vahid Mürsəliyev, Milli Paralimpiya Komitəsinin İlqar Rəhimov, UNİCEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Edvard Karvardin, UNİCEF-in Beynəlxalq eksperti Kolin Higgis , Gənclər və İdman Nazirliyinin, Olimpiya Komitəsinin, qeyri hökumət təşkilatlarının və nümayəndələri iştirak edib. III Uşaq Paralimpiya İdman Oyunlarının açılış və bağlanış mərasimlərində musiqili əyləncəli proqram da təşkil olunub.

Qaliblər kubok, medal, diplomlarla təltif olunublar və Azərsell Telekom MMC və Milli Paralimpiya Komitəsi tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıblar.

Məlumat üçün bildirək ki, 2014-cü ildən “Azərsell” şirkətinin dəstəyilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsində ölkəmizin müxtəlif ərazilərindən uşaqlar və gənclər toplaşıb. Bu komitənin yaradılmasında əsas məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, saglamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Tarix
2017.12.13 / 09:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla