Yuxarı

“Qurban Qurbanov yumşaq biri kimi görünür, ancaq...”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İlin qalibləri” mükafatlandırma mərasimində “İlin legioner futbolçusu” nominasiyası üzrə “Qarabağ”ın hücumçusu Dino Ndlovu təltif edilib.

Publika.az mükafatlandırma mərasimindən sonra sevimli futbolçunun Azərbaycandakı kariyerası ilə bağlı fikir və təəssüratlarını öyrənib.

- İlk dəfə Çempionlar Liqasında iştirak etdiniz. Bu liqa karyeranıza nələr qatdı?

- Mənim üçün çox əla bir təcrübə idi. İlk təcrübəmdə dünyanın nəhəng komandalarına qarşı üz-üzə gəldim. Komanda olaraq “Roma”, “Çelsi” və “Atletiko” ilə gələcəyimizə ilk addımlarımızı atdıq. Bu liqada qazandığımız təcrübə ilə gələcəkdə daha böyük işlər görə bilərik.

- “Atletiko” ilə keçirilən matçda qırmızı kart almışdınız. Bu qərarı haqlı hesab edirsinizmi?

- Oyundan sonra da vurğulamışdım ki, çox üzücü bir vəziyyət oldu. Doğrusu, bu qərarı gözləmirdim. Futbolçuyam, işim futbol oynamaqdır. Ancaq bütün azarkeşlər gördü ki, orada nəinki qırmızı kart, heç penalti də yox idi.

- “Qarabağ”da xoşbəxtsinizmi?

- 100 faiz. Gördüyünüz kimi, burdayam. Komanda ilə məşqlərimi davam etdirirəm. Məncə, bu sualı komandanın rəhbərliyinə də vermək lazımdır (gülür). Transfer haqqında düşünmürəm.

- Baş məşqçinin sizdən nə kimi tələbləri olur?

- Qurban Qurbanov çox böyük ürəyi və möhkəm xarakteri olan bir insandır. O, hər şeyini komandaya verməyə çalışır və onun komanda üzərində böyük əməyi var. Üzdən bəlkə də çox yumşaq biri kimi görünür. Ancaq içində hər zaman uğur qazanmaq arzusu, əzmi yatır. Futbolçulardan 100%-dən daha artıq performans tələb edir. Və onun belə tələbkar olması bu gün “Qarabağ”ın böyük uğurlara imza atmasına səbəb olur.

Tarix
2017.12.13 / 20:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla