Yuxarı

Elçin Məmmədovdan AFFA-nın baş katibinə sərt ittihamlar

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq dərəcəli hakim Elçin Məmmədov FİFA dərəcəsindən imtina edib. Bu da onu futzal üzrə beynəlxalq dərəcəli oyunları idarə etməkdən məhrum edib. Bu haqda "Sportal.az" saytı xəbər verib.

Məsələ ilə bağlı Elçin Məmmədovun özü ilə əlaqə saxladıq. Keçmiş FİFA referisi hakimlikdən imtina etmə səbəblərini AFFA-nın baş katibi Elxan Məmmədovun qeyri-qanuni əməllərində gördü: "Litvadakı turnirdən sonra getmək istəyimi PFL rəhbərliyinə bildirdim. İmtinamın səbəbi isə ölkə futbolunda baş verən qeyri-qanuni əməllərdir. Konkret olaraq Elxan Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edir, mən də bununla razı olmadığıma görə hakimlikdən birdəfəlik getmək qərarına gəldim".

Gedişim qanunsuzluğa etirazımdır

Keçmiş referi hesab edir ki, AFFA-nın baş katibi futbolun inkişafına dair dövlət proqramının icarsına əngəl yaradır: " Elxan Məmmədov Nazirlər Kabinetinin çıxardığı qərarlara hörmət etmir. O, ölkə prezidentinin futbolun inkişafına dair imzaladığı dövlət proqramının müddəalarını kobud şəkildə pozur. Mənim gedişim butün bunlara etirazdır".

AFFA-nın ittihamlara cavab verməyə vaxtı yoxdur

Elçin Məmmədovun ittihamlarına AFFA İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu cavab verməkdən imtina etdi. Federasiya rəsmisi sualı Hakimlər Komitəsinə ünvanlamağımızı istəyərək telefonu qapadı: "Mən onun ittihamlarına cavab verə bilmərəm. Siz bununla bağlı mənə yox, Hakimlər Komitəsinə müraciət edin. Mənim vaxtım yoxdur".

Tarix
2013.09.19 / 16:25
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla