Yuxarı

Başlarının üstündə yumruq olmasa... - Məşqçi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk növbədə, bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Bu qələbədə onların payı çoxdur. İlk hissədə daha maraqlı oynadıq. Ancaq ikinci hissədə rəqib bizi geriyə oturmağa məcbur etdi. Kubok oyunu həmişə belə aqressiv keçir. 2017-ci ili qələbə ilə başa vurduq. Buna görə klub rəhbərliyini, futbolçuları və azarkeşləri təbrik edirəm.

Report-un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov evdə "Zirə"ni 2:0 hesabı ilə yendikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündən sonra deyib.

46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

İqnasio Erreraya oyun zamanı narazılığınız oldu. Onu buna görə əvəzlədiniz?

- Onun gücü artıq tükənmişdi. Bu oyun aqressivliyi hiss olunurdu. "Neftçi” son illərdə çempionatda "Zirə”yə qalib gələ bilmirdi. Errera son dəqiqələrdə yorulmuşdu.

Qış hazırlıq planı hazırdır?

- Bəli, hazırdır. Yanvarın 5-dən hazırlığa başlayacağıq. Toplanış barədə mətbuat xidməti ətraflı məlumat verəcək. Mənim işim komandanı hazırlamaqdır.

Namiq Ələsgərovun oyunu barədə nə deyə bilərsiniz?

- Elə oyunçular var ki, potensialından çox aşağı oynayır. Onlardan biri də Namiqdir. Mən hələ də onun potensialını aça bilmirəm. Bura "Neftçi”dir. Bu komandaya 7-8-ci yeri tutmağa gəlməmişəm. Komanda güclənməlidir, rəqabət olmalıdır. İstərdim ki, 3 eyni səviyyəli qapıçımız olsun. Son oyunlarda Allaha yalvarıram ki, Rəşad Əzizliyə heç nə olmasın. Çünki ehtiyat qapıçımız yoxdur.

O, qışda komandadan ayrılacaq?

- Xeyr, onun ayrılması gündəmdə deyil.

Nizami Hacıyev maraqlandığınız futbolçulardan idi. Ancaq onun bağışlanmaq ehtimalı var. Bağışlansa, komandanıza transferi nə dərəcədə mümkündür?

- Appelyasiya verib, təmiz çıxarsa... Bu, təkcə mənim işim deyil. Komandanın rəhbərliyi var. Müzakirə olunmalıdır. "Neftçi” tarixi olan komandadır. Nizamini artıq gündəmdən çıxarmışıq. Belə məsələlərdə diqqətli olmalıyıq. Klubun imicindən söhbət gedir.

Elnur Süleymanovun əsgərlikdə olduğu deyilir...

- Elnur AZAL-da mənim rəhbərliyim altında çıxış edib. Potensialına bələdəm. Onun harada olmasını menecerindən soruşun.

Mirabdulla Abbasovun oyunu barədə nə deyə bilərsiz?

- Onun potensialı çoxdur. Son illərdə Azərbaycanda onun kimi hücumçu yetişməyib. Lakin onun ən pis xüsusiyyəti tənbəlliyidir. Bu oyunun da sonlarında damarı damarının üstünə çıxmışdı. Bizim futbolçular elədir ki, yumruq başlarının üstündə olmasa, yaxşı oynamırlar.

Bugünkü oyunu millinin baş məşqçisi Qurban Qurbanov da izlədi. Onunla görüşmüsüz?

- Hələ ki, görüşmək qismət olmayıb. Çünki vaxt məhdudiyyəti var. Lakin irəlidə görüşərək, fikir mübadiləsi apara bilərik.

Tarix
2017.12.14 / 22:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla