Yuxarı

"Neftçi"nin rəqibləri bəlli oldu: Rusiya klubları və...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının “Neftçi” futbol klubunun qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

Axar.az xəbər verir ki, istirahətə buraxılan komandanın üzvləri iki mərhələdən ibarət təlim-məşq toplanışı keçmək üçün yanvarın 5-də bir araya gələcəklər. Əsasən fiziki hazırlığa üstünlük veriləcək ilk mərhələ yanvarın 15-dək Bakıda təşkil olunacaq. Yanvarın 12-də yerli klublardan biri ilə yoxlama oyunu keçirilməsi nəzərdə tutulub.

Yanvarın 17-dən 31-dək Antalyada olacaq komandamız Bələkdə yerləşən "Alva Donna" otelində məskunlaşacaq. Bu mərhələdə daha çox texniki və taktiki hazırlığa nəzər yetiriləcək. “Neftçi”nin Türkiyədə 5 yoxlama oyunu keçirməsi planlaşdırılır. Komandamız yanvarın 22-də Rusiyanın “SKA-Xabarovsk”, üç gün sonra Rumıniyanın “Konkordiya” və Ukraynanın “Çernomorets”, yanvarın 27-də isə Rusiyanın “Krılya Sovetov” klubları ilə qarşılaşacaq.

Təlim-məşq toplanışı çərçivəsində yanvarın 30-da nəzərdə tutulan görüşdəki rəqib isə dəqiqləşməyib.

Tarix
2017.12.16 / 18:49
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Prezidentlərin təkbətək görüşü başladı

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla