Yuxarı

Mahir Mədətov “Beşiktaş”a transfer olur? - Açıqlama

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Futbol+” saytı Türkiyənin “Beşiktaş” klubunun Azərbaycan millisinin üzvü, “Qarabağ”ın hücumçusu Mahir Mədətovu almaq istədiyini yazıb. Klubun Mədətov üçün “Qarabağ”a rəsmi təklif göndərdiyi, baş məşqçi Qurban Qurbanovun da bu transferə qarşı olmadığı iddia edilib. Həmçinin “Beşiktaş”ın baş məşqçisi Şenol Günəşin “Qarabağ” – “Çelsi” matçına Mədətovu izləmək üçün gəldiyi qeyd olunub.

Məsələ ilə bağlı Axar.az-a danışan “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib ki, yayılan informasiyalar həqiqəti əks etdirmir:

“Klubumuzun oyunçularının transferi barədə “Beşiktaş” klubundan, eləcə də digər klublardan bizə heç bir rəsmi təklif gəlməyib. Şenol Günəşin “Qarabağ” matçını izləmək üçün Bakıya gəlməsi “Qarabağ”ın hər hansı oyunçusu ilə bağlı deyil. Ola bilər ki, baş məşqçi oyun əsnasında Mahir Mədətovu bəyənib, ancaq bu barədə bir söz deyə bilmərəm”.

Tarix
2017.12.18 / 11:04
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla