Yuxarı

Millimiz Rusiyada 2 medal qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cüdo üzrə Azərbaycan komandası Sankt-Peterburqda keçirilən “World Masters” beynəlxalq turnirini iki bürünc medalla başa vurub.

Axar.az xəbər verir ki, monqol Xadbatar Naranxu üzərində çətin qələbə ilə turnirə başlayan Hidayət Heydərov (73 kq çəki dərəcəsi) minimum tapşırığın öhdəsindən gəlib. Azərbaycan cüdoçusu rəqibinə qarşı iki dəfə “vadza-ari” fəndi işlədib.

Sonra isveçli Tommi Masiasa qalib gələn idmançımız yarımfinalda dünya çempionu Soiçi Xaşimotoya uduzub. Hər şeyi “vadza-ari” qiymətləndirilməsi həll edib. Bürünc medal uğrunda mübarizədə Hidayət monqol Odbayar Qanbatar ilə qarşılaşıb. Əsas vaxtda hesab açılmayıb, əlavə vaxtda isə Heydərov rəqibinin səhvindən istifadə edərək onu məğlubiyyətə uğradıb. Nəticədə azərbaycanlı cüdoçu öz karyerasında ilk dəfə “World Masters” turnirinin medalını qazanıb.

Rüstəm Orucov (73 kq) turnirə amerikalı Aleksandr Terner üzərində təmiz qələbə ilə başlayıb, lakin dörddəbir finalda özbək Qiosjon Boboyevə məğlub olub. Yarışın əsas vaxtında qalibi müəyyən etmək mümkün olmayıb, əlavə vaxtda rəqib “vadza-ari” fəndi ilə qalib gəlib. Rüstəm keçirdiyi təsəlli görüşündə Odbayar Qanbatara məğlub olaraq yeddinci yeri tutub.

Püşkatmanın nəticələrinə görə 60 kq çəki dərəcəsində özbək Şarafuddin Lütfillayevlə yarışmalı olan Orxan Səfərov isə turniri tərk edib. Nəticədə rəqib növbəti mərhələyə mübarizə aparmadan keçib.

100 kq çəki dərəcəsində Elxan Məmmədov kiçik finalda tatami sahibi Kirill Denisova qalib gəlib. Azərbaycan təmsilçisi sonrakı döyüşdə “vadza-ari” üsulu ilə iki xal qazanaraq isveçli Yoakim Dvarbini məğlub edib, daha sonra portuqaliyalı Xorxe Fonseki üzərində təmiz qələbə qazanıb. Elxan yarımfinalda hollandiyalı Mixael Korrel ilə qarşılaşıb. Görüşün əsas hissəsində qalibi müəyyən etmək mümkün olmayıb, əlavə vaxtda isə cüdoçumuz xəbərdarlıq alıb. Kiçik finalda o, rusiyalı Kiril Denisova qalib gələrək turniri yeddinci yerdə tamamlayıb.

Məmmədəli Mehdiyev (90 kq) yarışa monqol Altanbaqan Quntulq üzərində əlavə vaxtda ippon fəndi ilə qazandığı qələbə ilə başlayıb. Lakin dörddəbir finalda İspaniya təmsilçisi Nikoloz Şerazadişviliyə uduzan Məmmədəlinin ilk təsəlli görüşündə rəqibi macar Kristian Tota olub. Əsas vaxt nəticəsiz başa çatıb, əlavə vaxtda cüdoçumuz “vadza-ari” fəndinə yaxalanaraq yeddinci yeri tutub.

Tural Səfquliyev (90 kq) ilk mərhələdə tataminin sahibi Xusen Xalmyrzayevlə qarşılaşıb. Əsas vaxtda qalibi müəyyən etmək mümkün olmayıb, əlavə vaxtda isə rusiyalı idmançı qalib gəlib.

100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Uşanqi Kokauri isə ilk görüşündə monqol Durenbayar Ulzibayara məğlub olub.

Tarix
2017.12.18 / 20:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla