Yuxarı

"Barselona" "Real Madrid"ə böyük hesabla qalib gəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İspaniya La Liqasında bu ilin sonuncu “El Klassiko”su keçirilib.

Axar.az xəbər verir ki, on yeddinci tur çərçivəsində “Real Madrid” və “Barselona” komandaları “Santyaqo Bernabeu” stadionunda qarşılaşıblar.

Görüş “Barselona”nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı 54-cü dəqiqədə Luis Suares açıb - 1:0. Görüşün 63-cü dəqiqəsində isə meydan sahiblərinin müdafiəçisi Daniel Karvahal qapıya gedən topun qarşısını əli ilə kəsdiyi üçün qırmızı vərəqə alıb. Təyin edilən penaltini isə Lionel Messi dəqiq zərbə ilə yerinə yetirərək hesab arasındakı fərqi ikiyə çatdırıb. Oyunda sonuncu topu 92-ci dəqiqədə Aleş Vidal rəqib qapısından keçirib – 3:0.

Bu qələbədən sonra xallarının sayını 45-ə çatdıran “Barselona” turnir cədvəlində liderliyini möhkəmləndirib. Bir oyun az keçirən “Real Madrid” isə 31 xalla dördüncü sırada qərarlaşıb.

Tarix
2017.12.23 / 20:58
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla