Yuxarı

“Azərreyl” 3-0 qalib gəldi, ancaq...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” komandası Avropa Voleybol Konfederasiyasının “Çağırış kuboku” turnirinin onaltıdabir final mərhələsinin cavab oyununda Rumıniyanın “Stiinta” komandasını qəbul edib.

Axar.az xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində təşkil edilən görüş “Azərreyl” komandasının 3:0 (25:23, 27:25, 25:14) hesablı qələbəsi ilə başa çatıb.

Bu komandalar arasında dekabrın 12-də Rumıniyada keçirilmiş ilk oyunda “Stiinta” voleybolçuları 3:1 hesabı ilə qələbə qazandığından cütün taleyi “qızıl set”də həll olunub. Bu setdə rəqib komanda Azərbaycan təmsilçisini üstələyərək iki görüşün ümumi nəticəsinə görə səkkizdəbir final mərhələsinə vəsiqə əldə edib - 15:13.

Oyunu yunanıstanlı baş hakim Teodora Kiriopoulu idarə edib. Ona Bosniya və Herseqovinadan olan həmkarı Milan Nikoliç kömək edib.

Tarix
2018.01.09 / 23:57
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla