Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Yanvar 2018


"Qəbələ" Türkiyə komandası ilə qarşılaşdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubu yanvarın 10-da ilk yoxlama oyununu keçirib.

Axar.az xəbər verir ki, 2017-2018-ci il mövsümünün ikinci yarısına hazırlıq çərçivəsində təşkil olunan qarşılaşma “qırmızı-qaralar”ın yeni ildə ilk matçı olub. Yanvarın 5-dən qonşu ölkədə hazırlıq keçən Roman Qriqorçukun yetirmələri Türkiyənin “Akhisar Bələdiyyəspor” klubu ilə görüşüb.

Görüş 1:1 hesablı heç-heçə yekunlaşıb. “Qəbələ”nin heyətində Filip Ozobiç fərqlənib.

“Qəbələ” 2018-ci ildəki ilk qarşılaşması klub tarixində 94-cü beynəlxalq yoldaşlıq oyunu olub. Həm Qəbələdə, həm də ölkə xaricində baş tutan toplanışlar çərçivəsində xarici klublarla 93 matç keçirən “qırmızı-qaralar” bu görüşlərin 59-nu Türkiyədə oynayıb. Bugünkü görüş “qırmızı-qaralar”ın 14-cü dəfə təlim-məşq toplanışına getdiyi ölkədə 60-cı beynəlxalq sınağı olub. Bunlardan 26-da qələbə qazanan “Qəbələ” 16 heç-heçə edib və 17 dəfə uduzub. Xarici komandalarla buradakı matçlarda 100 qol vuran futbolçularımız 68 top buraxıblar.

Tarix
2018.01.10 / 21:00
Müəllif
Pərviz Həsənov
Şərhlər
loading...
Digər xəbərlər

Ronaldo və Beyl “Real”dan gedir, yerlərinə onlar gəlir

Makqreqor çempion titulundan məhrum edildi

AÇ: Azərbaycanla Ermənistan bir qrupda

"Qəbələ" İsveçrə nəhəngi ilə qarşılaşacaq

Rəşad Sadıqov qələbə ilə başladı

Hakim futbolçunu təpiklə vurdu, sonra isə...

Messi Müllerin rekordunu təzələdi

"Qarabağ" dünyanın 100 ən yaxşı komandası sırasında

"Beşiktaş" prezidenti: İki oyunçumuzu Bakıya göndərə bilərik

UEFA Superkuboku üçün hansı şəhərlər yarışacaq?

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla