Yuxarı

Millimiz İranla qarşılaşdı: 6 qol vuruldu, ancaq...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futzal üzrə Azərbaycan milli komandası yanvarın 23-də Bakı İdman Sarayında İran yığması ilə yoldaşlıq oyunu keçirib.

Axar.az xəbər verir ki, qarşılaşma 3:3 hesabı ilə başa çatıb.

Villiams Oliveira Do Nascimentonun dubl etdiyi oyunda komandamızın digər qolunu İsa Atayev vurub.

Oyundan sonra təşkil olunan mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva deyib: “Deməzdim ki, nəticə bizim üçün vacib deyildi. Həm yaxşı nəticə, həm də oyun təcrübəsi qazanmaq istəyirdik. Çünki komanda üzvlərinin əksəriyyəti bir aya yaxındır heç bir rəsmi oyunda iştirak etmir. Ona görə də komandada olan futzalçıların hamısına şans verdim ki, bundan maksimum yararlansınlar. Əsas odur ki, oyun intizamından kənara çıxmadıq, bir neçə ev tapşırığını sınadıq”.

Braziliyalı baş məşqçi bildirib ki, komandasının oyunu onu qane edib. “Verdiyim tapşırıqları yerinə yetirə bildilər. Rəqibimiz kifayət qədər güclü komandadır. Üstəlik, İranla Avropa çempionatının qrup mərhələsindəki rəqibimiz Fransa yığmasının oyun planında oxşar cəhətlər çoxdur. İran millisinin heyətində fərdi qabiliyyətinə görə seçilən oyunçular var”, - deyə Joze Alesio Da Silva vurğulayıb.

İran yığmasının baş məşqçisi Mohammad Nazemalşarieh isə vurğulayıb ki, maraqlı və çətin oyun keçdi: “Hər iki komanda taktiki planda ağıllı oynadı, yaxşı hücumlar qurdu. Bildiyiniz kimi, biz də Asiya çempionatının oyunlarına hazırlaşırıq. Çalışdıq səhvlərimizi aşkara çıxaraq, axsadığımız cəhətlərimizi təsbit edək. Müəyyən səhvlər oldu. İkinci oyunda daha yaxşı oynayacağımıza ümid edirəm”.

Qeyd edək ki, komandalar arasında növbəti oyun yanvarın 24-də Bakı İdman Sarayında keçiriləcək.

Tarix
2018.01.24 / 02:00
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Əskiparaya gedən yol bağlandı: bu gün qaytarılır?

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla