Yuxarı

Tereza ana Bakını görmür, yoxsa faktı bilmir?..

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neftçi” futbol klubu Rusiyanın zəif bir komandasına 8:1 uduzub.

“Kəpəz”i də başqa geydirmə komanda 8:1 udub.

Qayda-qanunla futbolda ən uğurlu ölkə biz olmalı idik.

Aldatmağı, qaçmağı, pas atmağı bizdən yaxşı bacaran varmı görən?

Yaxşı, bəs nədən alınmır?

Fikir verin, təknəfərlik yarışmalarda uğurlarımız bol, beynəlxalq naliyyətlərimiz saysız-hesabsız. Di gəl, komanda tipli yarışmalarda niyəsə uğurlarımız azdır. Əgər voleybolu nəzərdə tutursunuzsa, komandadakıların çoxu bizdən deyil.

Lap elə futbol olsun. Məsələn, “Qarabağ” futbol klubu. Komandanın uğurunda vacib olan “ayaqlar”ın neçəsi bizim?

Ey dust, əzizi-mən, biz zəngin torpağın fağır sakinləri əl-ələ, çiyin-çiyinə nəinki yarışa, heç yaşaya bilmirik.

Qatarda, avtobusda gedə bilmirik.

Komandalaşmaq, birlikdəlik bizə yad.

Bu hal təkcə futbolda, ya da başqa idman növlərində müşahidə olunmur, ümumiyyətlə, azərbaycanlı təfəkkürü...

***

İdmana heç vaxt həvəsim olmayıb.

Nəsə deyəndə də, o dəqiqə adamın ağzından vururlar ki, bəs müharibə şəraiti-zad, nə bilim, düşmənlərimiz var, biz güclü olmalıyıq.

Ey dustilər, indi müharibəyə qol gücü yox, zəka lazımdı...

Sonra da savadlı adam üçün əlavə sağlamlıq tədbirlərinə ehtiyac yoxdur, o zatən özünü tərbiyə edəcək..

Özü də, idmançıların əksəriyyəti ictimai şüurdan əlil.

Fiziki güc var, ağıl yox. (“Hamısı” demədim a, gəlib məni döyməyin!)

Əvvəl çayxana dəb idi, sonra publar açıldı, gözəllik salonları həmişə çoxluq təşkil edib. İndi də idman zalları.

Komandalaşmaq üçün birinci növbədə fərd kimi yetişmək, tamamlanmaq gərək.

Yüz ildi idmançılarımız Avropada, Amerikada bayrağımızı dalğalandırır, uğur-uğur dalınca, amma İngiltərənin Baş naziri Tereza Mey keçən ay Rusiyanı yamanlamışdı, “İkinci Dünya müharibəsindən sonra ilk dəfədi ki, Avropada bir dövlət başqa dövlətin ərazisini işğal edib” – demişdi.

Bilmirəm, bizi Avropa saymırlar, yoxsa Qarabağı işğal?

Nə məsələdi?

Yoxsa, Qarabağ əvvəldən ermənilərin torpaqları olub?

Yoxsa xəbərləri yoxdu bu işğaldan?

Bəs, bu qədər təbliğat aparırıq, nəticə?

Bizi gizlədirlər, yoxsa özlərinə sərf edəni deyirlər?

Tarix
2018.01.31 / 14:12
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla