Yuxarı

Hafiz Məmmədovun “bahalı qol saatı”na “Bakı”dan açıqlama

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı" klubundan Fransanın "Canal+ Sport" kanalının Hafiz Məmmədovla bağlı yayımladığı reportaja münasibət gəldi.

Fransanın "Canal+ Sport" kanalı "Bakı" klubunun prezidenti və "Lans" klubunun himayədarı Hafiz Məmmədovla bağlı 25 dəqiqəlik reportaj hazırlayıb. Reportajda Məmmədovun Azərbaycanda 5 sözükeçən adamdan biri və 40-a yaxın şirkət sahibi olduğu deyilir.

Reportajda xüsusi olaraq Hafiz Məmmədovun fransalı jurnalistlərə ümumi dəyəri 16 min dollar olan 2 qol saatını israrla hədiyyə etməsi xüsusi vurğulanıb.

Bildirilir ki, hədiyyəni məcburi şəkildə qəbul edən jurnalistlər onları sonradan beynəlxalq söz azadlığını müdafiə təşkilatı olan "Sərhədsiz reportyorlar"a təhvil veriblər. "Sərhədsiz reportyorlar" da bu saatları sataraq, pulunu dünyada mətbuat azadlığına dəstək üçün xərcləyəcək.

Hafiz Məmmədovun prezidenti olduğu "Bakı" klubunun icraçı direktoru Yaşar Seyidov "Axar.az"a açıqlamasında fransalı jurnalistlərin iddia etdiyi bahalı qol saatı məsələsinə aydınlıq gətirdi:

"Hafiz Məmmədov Azərbaycan futbolunun inkişafı üçün əlindən gələni edir. Qaldı, fransalı jurnalistlərin iddiasını qəbul etmirəm. Ola bilər, orda hər hansı bir hədiyyədən söhbət getsin, amma bu jurnalisti ələ almaq üçün bir vasitə deyil.

Siz jurnalistlər də bir qədər diqqətli olmalısız. Bu insan futbolumuzun inkişafı üçün gecə-gündüz çalışır. Bu yaxınlarda "Atletiko"nun düşərgəsinə beş azərbaycanlı futbolçu göndərildi. Həmin uşaqlar aztəminatlı ailələrdən çıxıblar. Yəni onu demək istəyirəm ki, Hafiz müəllim səmimi iş görür və bu işləri danmaq olmaz".

Tarix
2013.11.26 / 12:00
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla