Yuxarı

Evindən 70 min oğurlanan xanım idmançı danışdı - Yeniləndi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:36

Bakıda məşhur xanım idmançının evi qarət olunub.

Kriminal.az-ın xəbərinə görə, Azərbaycanın peşəkar taeкvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.

Cinayət ötən ilin sentyabrında törədilsə də, oğrunu tutumaq üçün polislər bir neçə ay istintaq-əməliyat tədbiri həyata keçirməli olub. Nəhayət bir neçə gün əvvəl idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov həbs edildi. Onu Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları yaxalayıb.

Oğurluq edən N.İsrafilov Fəridə Əzizovanın rəfiqəsinin sevgilisidir.

Qeyd edək ki, F.Əzizova 2013-cü ildə Dünya Çempionatında və 2014-cü ildə Baкı şəhərində Avropa Çempionatında bürünc medal qazanıb. Həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb. 2015 Avropa Oyunlarında qazanılmış yüкsəк nailiyyətlərə və Azərbaycan idmanının inкişafında böyüк xidmətlərinə görə prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. Fəridə Əzizova Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci qadın taeкvondoçu oldu.

***

Pullarımı oğurlayan şəxslə əlaqəm olmayıb. Onu rəfiqəmin vasitəsilə tanımışam.

Axar.az xəbər verir ki, bunu Azvision-a Azərbaycanın peşəkar taeкvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizova deyib.

Evindən 70 min manat pulu oğurlanan idmançı cinayətə əl atan şəxsin kamera vasitəsilə tapıldığını bildirib:

"İslam Oyunlarından sonra idmançılara pul mükafatalarının verilməsi bəlli idi və həmin şəxs bunu güman edərək mənim evimə gəlib. Oğurluq edərkən qapıda olan kameraya düşmüşdü. Biz onu polisə verdik. O, ölkədən qaçdığına görə, polis həmin şəxsi 4 aydan sonra tapdı. Bizə isə deyirdilər ki, onun ölkədən çıxışına qadağa qoyulub”.

Pulların geri qaytarılmasına gəlincə, F.Əzizova bunun mümkünlüyünə şübhə ilə yanaşır: "Bizə deyildi ki, istintaq aparılır və pulların qaytarılmasına çalışacaqlar. Lakin digər tərəfdən də deyilir ki, oğru pulu xərcləyib və qaytara bilmir. O zaman hökm oxunanda həmin şəxsə əlavə cəza kəsilir və həbsə düşür”.

Tarix
2018.02.13 / 00:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla