Yuxarı

"Qəbələ"dən möhtəşəm dönüş, "Neftçi" isə...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:26

Fevralın 17-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turuna start verilib.

Axar.az xəbər verir ki, turun ilk qarşılaşmasında “Qəbələ” doğma meydanda “Zirə”ni qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən oyunda hesabı qonaq komanda açıb. Matçın 39-cu dəqiqəsində Alexandr Dedov “Zirə”ni hesabda önə çıxarıb – 0:1. Birinci hissə bu hesabla başa çatıb.

Matçın 55-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Stiven Monroz hesabda tarazlığı bərpa edib. Qarşılaşmanın 64-cü dəqiqəsində “Qəbələ” ikinci topu qonaqların qapısından keçirib. Baqali Dabo adını tabloya yazdırıb – 2:1.

Beləliklə, görüş “Qəbələ”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra “Qəbələ” 35 xalla ikinci pillədə yerini möhkəmləndirib. “Zirə” klubu isə 31 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

***

“Sumqayıt” klubu doğma meydanda “Neftçi”ni qəbul edib.

Axar.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyunda hesabı meydan sahibləri açıblar. Matçın 13-ci dəqiqəsində Tural Axundov 11 metrlik cərimə zərbəsindən vurduğu qolla “Sumqayıt”i hesabda önə çıxarıb. Qarşılaşmanın 17-ci dəqiqəsində “Sumqayıt” ikinci topu qonaqların qapısından keçirib. Amil Yunanov baxımlı qola imza atıb – 2:0.

“Sumqayıt”-“Neftçi” matçının 61-ci dəqiqəsində bakılıların heyətində Rəşad Sadiqov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Komandaların cəhdlərinə baxmayaraq, qarşılaşmanın sonunadək hesab dəyişməyib.

Beləliklə, oyunda 2:0 hesabı ilə qalib gələn “Sumqayıt” xallarının sayını 24-ə çatdıraraq dördüncü sıradakı mövqeyini möhkəmləndirib. “Neftçi” isə 19 xalla beşinci pillədə qərarlaşıb.

Tarix
2018.02.17 / 21:02
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla