Yuxarı

Azərbaycanlı idmançı dopinqə görə cəzalandırıldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın daha bir idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) Report-a verilən məlumata görə, yüngül atletika üzrə Azərbaycan millisinin üzvü Yekaterina Sarıyeva 12 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Cəza 2017-ci il sentyabrın 23-dən qüvvəyə minib.

23 yaşlı idmançıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Onun orqanizmində furosemid aşkarlanıb.

Qeyd edək ki, Yekaterina Sarıyeva üçtəkanla tullanmada III İslam Həmrəyliyi Oyunlarında qızıl, IV İslam Həmrəyliyi Oyunlarında isə bürünc medal qazanıb.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın daha 5 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün AMADA tərəfindən cəzalandırılıb.

Tarix
2018.02.21 / 15:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla