Yuxarı

Qriqorçukdan etiraf: "Qarabağ" bizdən çox güclüdür

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uduzduğumuza görə təəssüflənirəm. Bu məğlubiyyəti gözləmirdim. Qapımızda gözlənilməz qol gördük. Bu da uduzmağımıza səbəb oldu.

Sportnet.az-ın yaydığı xəbərə görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer liqanın 17-ci turunda səfərdə "Səbail"ə 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

- Məğlubiyyətdə komandanın rəqibi dəyərələndirməməsi nə dərəcədə rol oynadı?

- Bu gün pis oynamadıq. Sadəcə, əldə etdiyimiz qol fürsətlərindən yararlana bilmədik. Hətta deyərdim ki, bu oyunda qalib gəldiyimiz bəzi oyunlardan daha çox qol fürsəti əldə etdik. Deməzdim ki, rəqibi düzgün dəyərləndirmədik. Buna görə futbolçularımı günahlandıra bilmərəm.

- Bəs Cavid Hüseynov və Qismət Alıyevin yoxluğu necə?

- Bunu demək olmaz. Bilmək olmaz onlar olsaydı, nəticə necə olardı. Bunu ancaq həmin oyunçular çıxış etsə, bilmək mümkün idi. Həm də kimsə oynamırsa, bu o demək deyil ki, komanda uduzmalıdır.

- Adətən hücumda Monroz-Dabo-Kone üçlüyünə şans verirsiz. Bu dəfə isə fərqli hücum xəttinə şans vermişdiz...

- Deməzdim ki, həmişə belə oynamışıq. Bundan əvvəlki iki oyunda da Konesiz çıxış etmişdik, ancaq qalib gəlmişdik.

- Sabah "Qarabağ” qalib gəlsə, xal fərqi 9-a çatacaq. Qarşıdakı 11 turda bu fərqi aradan qaldırmaq nə dərəcədə mümkün olacaq?

- İndiki məqamda "Qarabağ” "Qəbələ”dən güclüdür. Xal fərqinin heç bir əhəmiyyəti yoxdur. "Qarabağ” çox güclü komandadır. Ancaq biz də təslim olmayacağıq. Sona kimi mübarizə aparacağıq.

Tarix
2018.02.25 / 00:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla