Yuxarı

"Çelsi" rəqib meydanında məğlub oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 25-də futbol üzrə İngiltərə Premyer Liqasının XXVIII turu çərçivəsində "Mançester Yunayted" doğma meydanda "Çelsi"ni qəbul edib.

Axar.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında hesabı qonaqlar açıb. Matçın 32-ci dəqiqədə Villian fərqlənib. Bu qoldan yeddi dəqiqə sonra Romero Lukako hesabı bərabərləşdirib. İlk hissə bu hesabla da yekunlaşıb.

Matçın ikinci hissəsində "Mançester Yunayted" hesabda irəli çıxıb. Görüşün 75-ci dəqiqəsində Linqard adını tabloya yazdırıb.

Beləliklə, oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Premyer Liqanın XXVIII turunun bu günə olan oyunlarından sonra turnir cədvəlində "Mançester Siti" 72 xalla liderdir. "Mançester Yunayted" 59 xalla ikinci, "Liverpul" 57 xalla üçüncü pillədədir. İlk beşlikdə isə müvafiq olaraq "Tottenhem" (55 xal) və "Çelsi" (53 xal) qərarlaşıblar.

Tarix
2018.02.25 / 21:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla