Duzlu yemək də xərçəng yaradır - Onkoloq
01:51
Ana səhifə İdman |
Martın 11-də saat 11:00-da “Şəfa” stadionunda cümhuriyyətimizn 100 illiyinə həsr olunan futbol üzrə Beynəlxalq Parlament Kubokunun final matçı olacaq.
Axar.az xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa məlumat verib. O bildirib ki, Azərbaycan-Ukrayna finalı CBC Sport kanalında canlı yayımlanacaq:
“Sahəyə inşallah 11 nömrə ilə çıxacağam. Zədələrim tam sağalmasa da, Azərbaycan adına əlimizdən gələni etməyə çalışacağıq”.
Qeyd edək ki, bundan əvvəl parlamentlərarası futbol turnirində Azərbaycanla Latviya qarşılaşıb. Oyun 3-0 Azərbaycanın parlament üzvlərinin qələbəsi ilə başa çatıb.
Tarix
2018.03.11 / 00:05
|
Müəllif
Büllurə Yunus
|