Yuxarı

Mourinyoya Rusiya xəzinəsinin qanlı pulları veriləcək

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya parlamentinin üzvü Kris Brayant “Mançester Yunayted” klubunun baş məşqçisi Joze Mourinyonun 2018-ci il dünya çempionatı vaxtı Rusiyanın RT telekanalı ilə əməkdaşlıq etmək qərarını tənqid edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

“Fikrimcə, bu, birbaşa olaraq Rusiya xəzinəsindən ödəniləcək qanlı pullardır”, - Brayant bildirib.

Mourinyonun qərarına həmçinin Leyboristlər Partiyasından olan deputat Stiven Dauti də münasibət bildirib:

“Söhbət sadəcə parlament üzvlərindən getmir. İdman ictimaiyyətindən tanınmış simalar və şərhçilər də Putinin təbliğat maşını ilə əlaqədə olmaq istəyib-istəmədikləri barədə diqqətlə düşünməlidirlər. Kremlin sifarişlərini qəbul edən RT dürüst görünməyə çalışaraq, tamaşaçıları aldadır”.

Qeyd edək ki, “Mançester Yunayted” klubunun baş məşqçisi Joze Mourinyo RT (Russian Today) telekanalı ilə 2018-ci il dünya çempionatı oyunlarında şərhçilik etmək barədə razılıq əldə edib. Mourinyo 5 gün ərzində RT-dən xidmət haqqı kimi bir milyon funta yaxın pul alacaq.

Tarix
2018.03.14 / 18:01
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla