Yuxarı

Millidə yeni futbolçular olacaq - Qurban Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maraqlı oyun alındı. Bircə qol çatışmadı. Ancaq çempionatın ən sürətli oyunu oldu. Həm toplu, həm də topsuz hər iki komanda çox aktiv oyun sərgilədi. “Neftçi” yaxşı forma yığıb. Bu komandaya uğurlar arzulayıram.

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məqşçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 20-ci turunda "Neftçi" ilə keçirilən oyundan (0:0) sonra mətbuat konfransında deyib.

- Sanki Şehiç rəqibi öz üzərinə çəkməyə çalışırdı...

- Bizim bütün oyunlarda belə olur. Ola bilsin, bəzi ötürmələr alınmadı. Biz həmişə çalışırıq ki, Şehiç rəqib hücumçuları öz üzərinə çəksin.

- İkinci hissədə “Qarabağ”ın verilməyən penaltisi var idi. Bu barədə Ramil Şeydayevlə danışdınız?

- Belə hallar olur. Bu barədə əlavə danışmağa ehtiyac yoxdu.

- Komanda sanki ikinci hissədə geriyə oturdu.

- “Neftçi”nin oyununu qeyd etməliyik. Sona kimi tempi aşağı salmadılar. Qalib gəlmək istəyirdilər. Rəqib bizə imkan verdiyi qədər oynadıq. Rəqib çox istəkli idi. “Neftçi” üçün də çətin anlar oldu.

- Çempionatın səviyyəsi barədə fikirlərinizi bildirərdiz.

- Yaxşıdır. Qış fasiləsindən sonra komandalar yaxşı təsir bağışlayır. Çempionatın ikinci yarısı daha fərqlidir.

- “Trabzonspor”un Ramil Şeydayevi geri qaytarmaq planı olduğu deyilir...

- Bu məsələyə mövsümün sonunda baxacağıq. Hələ ki, bu barədə düşünmürük. Buna vaxtımız olacaq. Məncə, həm biz, həm də Ramil bu barədə düşünüb, doğru qərar verməlidir.

- Ufuk Budak milliyə dəvət olunub?

- Bəli, dəvət olub, ancaq zədə aldığından milliyə kömək edə bilməyəcək.

- Millinin heyəti nə vaxt açıqlanacaq?

- “Sumqayıt” - “Kəpəz” oyunundan sonra. Həmin matçdan sonra heyəti tam müəyyənləşdirəcəm. Bu oyuna canlı baxa bilməsəm də, evdə izləyib, son qərarı verəcəm.

- Millidə sürpriz adlar olacaq?

- Bəli, yeni futbolçular olacaq. Bəzi dəyişikliklər edəcəm.

Tarix
2018.03.14 / 21:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla