Yuxarı

"Qarabağ"ın oyunçusu: Prezidentin meydana silahla girməsi...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

PAOK-un əksər oyunlarını izləyirəm. Orada çoxlu dostum var. Həm də kluba xüsusi sevgim var. PAOK-un sahibi İvan Savvidi barədə isə onu deyə bilərəm ki, çox gözəl insandır. Məni Fransa "Renn"indən transfer edəndə böyük güc sərf etdi.

Report xəbər verir ki, bunu "Qarabağ"da icarə əsasında çıxış edən Pedro Enrike müqavilə üzrə məxsus olduğu Yunanıstan PAOK-unun prezidenti İvan Savvidinin AEK-lə oyun zamanı meydana girərək, silahla hakimlərə hədə-qorxu gəlməsini şərh edərkən deyib.

Braziliyalı yarımmüdafiəçinin fikrincə, rusiyalı iş adamının etdiyi hərəkət doğru deyil. O, Savvidinin buna görə üzr istədiyini də xatırladıb. Lakin Enrike klub rəsmisinin silah çıxarmasına inanmadığını vurğulayıb:

"Onun ətrafında hər zaman cangüdənləri olur. Düşünmürəm ki, silahla meydana çıxarkən, kiməsə hədə-qorxu gəlmək fikrində olub. Mən heç vaxt onu silahla görməmişəm, özü də göstərməyib. Heç kəsə hədə-qorxu gəlmək fikrində də olmayıb. Cangüdənlə gəzən insanın silaha ehtiyacı olarmı?"

Braziliyalı legioner baş verənlər üzündən PAOK-un III liqaya enməsini mümkünsüz sayıb: "Düşünmürəm ki, FİFA bu qədər sərt cəza versin. Çünki azarkeşlər bunu haqq etmir. Savvidi klub və Saloniki şəhəri üçün çox böyük işlər görüb. İnanmıram ki, komandaya belə böyük cəza verilsin".

Enrike onu da əlavə edib ki, hazırda Yunanıstan futbolunda paytaxt Afinanın təsir gücü çox böyükdür:

"Son zamanlar PAOK-un qazandıqları uğurlar əksəriyyətdə qısqanclıq yaradır. Ona görə də belə hadisələr baş verir. Ümumiyyətlə, PAOK barədə müsbət fikirdəyəm. Baş verənlər mənim PAOK-a dönüşümə heç bir təsir göstərməyəcək".

Tarix
2018.03.15 / 01:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla