Yuxarı

Azərbaycanda futbolçu qız təsadüfən özünü güllələdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə, Şorsu kəndində 17 yaşlı qız ehtiyatsızlıqdan özünü güllələyib.

Axar.az “ARB Şəki”yə istinadla xəbər verir ki, hadisə rayonun Şorsu kəndində qeydə alınıb.

Yaşadığı evdə ov tüfəngindən ehtiyatsız davranan kənd sakini 2001-ci il təvəllüdlü Əzizova Firəngiz Qalib qızı özünə atəş açıb. Döş qəfəsi nahiyəsindən güllə yarası alan Əzizova Firəngiz valideynləri tərəfindən dərhal Şəki Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə yerləşdirilən Firəngiz Əzizova əməliyyat olunub, vəziyyəti ağır qiymətləndirilir.

Firəngiz Əzizova Şəkinin qızlardan ibarət "Gənclik" futbol klubunun qapıçısıdır. O, mütəmadi olaraq Azərbaycan Milli komandasına dəvət alıb.

Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Tarix
2018.03.17 / 11:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla