Yuxarı

“Qəbələ”də çox şey qurban vermişəm - Qriqorçuk

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elə bir andır ki, başımıza gözəl hadisə gəldi. Bu hadisə gözəl bir vaxtda alındı. Qalibiyyətə ehtiyacımız var idi. Çox sevincliyəm.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan kubokunun yarımfinalında “Neftçi”yə qalib gələrək (3:1) finala yüksəldikləri oyundan sonra keçirilən mətbuat konafransında deyib.

- Bu qədər həyəcanlı olduğunuzu görməmişdik. Belə bir anı Azərbaycanda yaşamışdız?

- Sevincim ona görədi ki, titul uğrunda mübarizə aparırırıq. Ona görə şadam ki, bu anda belə qələbə qazandıq. Başımıza inanılmaz şeylər gəldi. Hansı ki, başqa komandalar belə şeyi 20 oyundan bir yaşayır. Lakin biz hər oyun uğursuzluqla üzləşdik. Bu qələbənin əhəmiyyəti böyükdür.

- Stankoviçin erkən əvəzlənməsi gözlənilməz idi…

- Bizim üçün gözlənilməz deyildi. Onun əvəzlənməsi zədə ilə bağlı idi. Bəlkə yüngül zədə hesab oluna bilər. Əvvəl də belə hallarla üzləşmişdik. Buna görə risk etmədik. Baş verən uğursuz hadisələrdən sonra qalib gəlmək möhtəşəmdi. Cavid Hüseynovun soyuqqanlılıqla penaltini yerinə yetirməsini qeyd edərdim. Bu şəkildə qələbə əldə etməyimiz gücümüzü göstərdi.

- Finalda həmyerliniz Yuri Maksimovun çalışdırdığı “Keşlə”yə rəqib oldunuz. Maksimov bildirib ki, prinsipiallıq naminə onunla rəqib olmaq istərdim.

- Buna şəxsən təəccübləndim. Biz Ukraynada rəqib olmuşuq. Oyunlarımızda prinsipiallıq olub. Maksimova indi də hörmət edirəm. Onunla şəxsi prinsipim yoxdur. Final görüşündə prinsipial qələbə qazanmaq istəyirik.

- 3-cü dövrədə bu cür oyun niyə alınmırdı?

- Sistemli şəkildə qalib gəlmək üçün 4 aspekt lazımdı: fiziki, taktiki, hərəkət, psixioloji amillər. “Neftçi”yə ilk oyunda uduzmuşduq. Dabo həmin matçda çıxış etməmişdi. “Zirə” ilə görüşdə qapıçımız zədələndi. 3 əsas oyunçumuz yox idi. Bunlar hamısı oyuna təsir edir. “Qəbələ”də titul əldə etmək üçün çox şey qurban vermişəm.

- “Qarabağ”la “Qəbələ” arasında rəqabət var. Finalda rəqibinizin “Keşlə” olmasına sevindiz, yoxsa “Qarabağ”ın olmamasına görə təəssüfləndiz?

- “Qarabağ” hamıdan üstündür. Biz onlara çatmaq istəyirdik, amma alınmadı. Bunun üçün vaxt lazımdır.

- İlqar Qurbanovun durumu necədir?

- Paltardəyişmə otağında gördüm. Ciddi bir şey yox idi.

Tarix
2018.04.19 / 00:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla