Yuxarı

Şəhriyar Məmmədyarov: Onunla heç-heçə normaldır

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2018 superturnirinin birinci turunda Şəhriyar Məmmədyarov (Azərbaycan) dünya çempionu Maqnus Karlsenlə (Norveç) heç-heçə oynayıb.

Axar.az xəbər verir ki, partiyadan sonra Ş.Məmmədyarov mətbuat konfransında deyib: “Üstünlüyüm yox idi. Üç il əvvəl Şəmkir turnirində də ilk turda Karlsenlə oynamışdım. O vaxt qara fiqurlarla məğlub oldum. Həmin turnirdə çox pis çıxış etmişdim. Səhv etmirəmsə, ümumilikdə, 4 oyunu uduzmuşdum. Bu dəfə Maqnus hər zaman olduğu kimi, diqqətli idi. Belə rəqiblə görüşdə heç-heçə normal nəticədir”.

Mərhum şahmatçı Vüqar Həşimovla bağlı xatirələrini bölüşən Ş.Məmmədyarov deyib: “Mənim 9 yaşım var idi. Səkkiz yaşlı Vüqarla Şəkidə turnirdə qarşılaşırdıq. Mən şahmata təzə başlamışdım. Həşimov artıq yeniyetmələr arasında Avropa və dünya çempionatının mükafatçısı idi. Yəni, məni asanlıqla məğlub edə bilərdi. Oyundan əvvəl dedi ki, gəl heç-heçə oynayaq. Mən təəccübləndim. Axı bilərəkdən necə heç-heçə etmək olar? Vüqar dedi ki, hansı gedişi oynasam təkrarla. Oyuna başladıq, bütün gedişləri təkrarlayandan sonra gördüm ki, artıq uduzuram. Bir gedişi də təkrar etsəm məğlub oluram. Vüqara dedim ki, uduzuram. Həmin gedişdən sonra mat ola bilərdim. O, məni inandırdı. Dedi gedişi təkrarla. Elə də etdim Nəticədə, partiya heç-heçə başa çatdı. Onun haqqında saatlarla danışa bilərəm. Vüqar gözəl dost, güclü şahmatçı idi. O, həmişə qəlbimizdədir”.

Tarix
2018.04.19 / 22:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla