Yuxarı

Türkiyə derbisində gərginlik pik həddə: Şenolun başı yarıldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə kuboku uğrunda keçirilən yarımfinal görüşü təxirə salınıb.

Axar.az xəbər verir ki, yarımfinal görüşündə "Fənərbaxça" öz meydanında "Beşiktaş"ı qəbul edib. Görüşün ilk hissəsində qonaq komandanın müdafiəçisi Pepe qırmızı vərəqə ilə oyunu tərk edib. İkinci hissə də gərgin mübarizə şəraitində keçib. Matçın gedişatında qonaqların qapıçısı Tolqa Zənginlə ev sahibi komadanın azarkeşləri arasında mübahisə yaşanıb. Mübahisəyə müdaxilə etmək istəyən "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşin başına yad əşya atılıb. Nəticədə Günəş başından yaralanıb və onun başına tikiş atılıb.

Bundan sonra gərginlik daha da artıb. "Beşiktaş" oyunçuları meydanı tərk ediblər. Görüşün baş hakimi matçın təxirə salındığını bildirib.

Tarix
2018.04.20 / 01:11
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla