Yuxarı

Stoffel Vandorn: Bakı trası çətindir, lakin...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“McLaren” pilotu Stoffel Vandorn aprelin 27-dən 29-dək Bakı şəhər trasında keçiriləcək F 1 Azərbaycan Qran-Prisindən gözləntilərini bölüşüb.

Axar.az xəbər verir ki, Stoffel Vandorn F 1 Azərbaycan Qran-Prisinin pilotlardan böyük bacarıq tələb etdiyini bildirib. O deyib: “Bakı trası çətin, lakin maraqlıdır. Yarışlar zamanı “Köhnə şəhər”i keçirsən və bu darısqal küçələrdə ötmə əməliyyatları çox mürəkkəb olur. Ümidvaram ki, ötən il olduğu kimi, bu il də biz istənilən vəziyyətdən üstünlüklə çıxa biləcəyik. Keçən mövsümdə burada çox çətin oldu. Ötmə əməliyyatları yalnız düz yolda mümkün idi və bu, bizim üçün problem oldu. Bu çətinliklər “McLaren” üçün indi də mövcuddur, amma mühüm olan bizim bolidin nə göstərəcəyidir”.

Sonda pilot vurğulayıb: “Start mənim üçün ən mühüm an olacaq. Son iki yarışda yaxşı start edə bilməmişdim. Bakıda ötmənin çətin olduğu nəzərə alınarsa, məhz startda mümkün qədər yaxşı mövqe qazanmaq lazımdır. Mən pelotonun ortasında ağır mübarizə və yarışın gedişində irəliləmə olacağını gözləyirəm”.

Tarix
2018.04.25 / 20:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla