Rusiyada daha 10 qəsəbə su altında qaldı
00:10
Ana səhifə İdman |
Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Qol.az-ın məlumatına görə, erkən final adlanan oyunda London “Arsenal”ı Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparmış “Atletiko”nu qəbul edib. 10-cu dəqiqədə azlıqda qalmasına baxmayaraq, Madrid klubu səfərdən sərfəli nəticə ilə dönməyi bacarıb. Qrizmannın qolu cavab oyunu öncəsi "Atletiko"ya üstünlük qazandırıb.
Digər görüşdə isə turnirin sürpriz komandası sayılan “Zalsburq” Fransada “Marsel”in qonağı olub. Lakin Avstriya klubunun bu dəfə sensasiyaya gücü çatmayıb. Hər hissədə 1 qol vuran Fransa klubu qələbə qazanıb.
Tarix
2018.04.27 / 01:14
|
Müəllif
Axar.az
|