Yuxarı

AFFA rəhbərliyində Berti Foqts müəmması

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan milli komandası dünya çempionatı seçmə mərhələsi çərçivəsində keçirdiyi son 2 oyunda 4 xal əldə etdi. Bu nəticədən sonra Berti Foqtsun komandası tarixində ilk dəfə Dünya və Avropa çempionatının seçmə mərhələlərində 9 xal həddinə yüksəldi.

Seçmə mərhələnin ortasında milli komandanın qələbəyə həsrət qalması və Lüksemburq kimi reytinq sıralamasında aşağı olan komandayla doğma meydanda qolsuz bərabərlik əldə etməsi Berti Foqtsun istefasını gündəmə gətirmişdi. Hətta milliyə yerli məşqçinin başçılıq etməsi məsələsi də gündəmdəydi. Amma son 2 görüşdə qazanılan 4 xal vəziyyəti alman məşqçinin xeyrinə dəyişdi.

AFFA daxilindəki etibarlı mənbədən "Axar.az"a verilən məlumata görə, federasiya daxilində Almaniyanı Avropa çempionu etmiş məşqçi barəsində fikir ayrılığı var. AFFA-nın vitse preizidenti Elşad Nəsirov və onun komandası alman məşqçinin qalmasının tərəfadrıdır. Mənbə onu da bildirir ki, bir ara Foqtsun istefası gündəmə gələndə Elşad Nəsirov ölkə prezidenti İlham Əliyevi Berti Foqtsun milli komandada qalıb, işini davam etdirməsi üçün inandıra bilmişdi. Xatırladaq ki, İlham Əliyevlə Elşad Nəsirov dostluq münasibətləri ilə seçilir və ölkə başçısı ilə AFFA-nın vitse-prezidenti Lomonosov adına Moskva Dövlət Universitetinin Beynəxalq Münasibətlər fakultəsində qrup yoldaşı olublar. Elə buna görə də, prezidentin yanında Nəsirovun sözü federasiya prezidenti Rövnəq Abdullayevdən daha çox keçərli olduğu bildirilir.

AFFA prezidenti Rövnəq Abdullayevlə onun kadrları isə Foqtsu millidən uzaqlaşdırıb, yerinə yerli məşqçi gətirmək fikrindədir. Yerli məşqçi isə son illər "Qarabağ"da Avroliqanın pley-off mərhələsinə qədər yüksəlməyi bacaran Qurban Qurbanovdur. PFL preizdenti və Abdulayev komandasının aparıcı qüvvəsi Ramin Musayev ilə Qurban Qurbanovun yaxın dostluq münasibətləri var. Ümumiyyətlə, bir aralar Rövnəq Abdullayevin göstərişi ilə AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevə "torba tikən" komandada Musayevlə Qurbanov da var idi.

Lakin seçmə mərhələnin sonunda əldə edilən 4 xal hadisələrin Foqtsun və onun millidəki himayədarlarının xeyrinə dəyişməsinə gətirib çıxardı.

Mənbə onu da bildirir ki, artıq Berti Foqtsun müqavilə məsələsi AFFA-nın İcraiyyə Komitəsində müzakirəyə çıxarılması haqda qərar qəbul edilib və yuxarıdan gələn əmrə əsasən alman məşqçi ilə müqavilə Avro 2016-cı Avropa çempionatının seçmə mərhələsinə qədər uzadılacaq.

Tarix
2013.10.18 / 16:44
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla