Yuxarı

Millimiz Ukraynaya qalib gəldi - Yeniləndi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:39

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası mayın 19-da Qızıl Avropa Liqasında ilk oyununu keçirir.

Axar.az xəbər verir ki, milli komandamız Azərbaycan Voleybol Mərkəzində Ukrayna yığması ilə qarşılaşır.

Millimizin oyun üçün heyətində Şəfaqət Alışanova, Yana Əzimova, Kristina Yaqubova, Aynur İmanova, Ayşən Abduləzimova, Kseniya Pavlenko, Olena Həsənova, Odina Bayramova, Yelizaveta Səmədova, Katerina Jidkova, Marqarita Əzizova, Ceyran İmanova, Bəyaz Əliyeva və Yuliya Kərimova yer alıblar.

Oyunu yunanıstanlı baş hakim Epaminondas Gerothodoros idarə edir. İkinci hakim funksiyasını həmyerlimiz Eldar Əliyev yerinə yetirir.

Qızıl Avropa Liqasında milli komandalar üç qrupda mübarizə aparırlar. “E” qrupunda yer alan Azərbaycan yığmasının rəqibləri Ukrayna, Portuqaliya və Bolqarıstan seçmələridir. Komandamız digər oyununu mayın 23-də səfərdə Portuqaliyaya qarşı keçirəcək. Ayın sonunda isə millimiz Bolqarıstana səfər edəcək. Qızıl Avropa Liqasının final mərhələsi Macarıstanda keçiriləcək.

Xatırladaq ki, Azərbaycan millisi 2016-cı ildə Qızıl Avropa Liqasının çempionu olub.

***

Mayın 19-da qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Qızıl Avropa Liqasında ilk görüşdə Ukrayna yığmasına qalib gələrək bu mötəbər turnirə qələbə ilə başlayıb.

Milli komandamız Azərbaycan Voleybol Mərkəzində Ukrayna yığmasını 3:1 hesabı ilə məğlub edib.

Yunanıstanlı baş hakim Epaminondas Gerothodorosin idarə etdiyi görüşə daha fəal başlayan ukraynalı voleybolçular ilk seti öz xeyirlərinə başa vurublar – 25:16. Lakin əzmkarlıq nümayiş etdirən Azərbaycan millisi ardıcıl üç setdə müvafiq olaraq 25:19, 25:23 və 28:26 hesabı ilə qalib gələrək oyunu qələbə ilə başa çatdırmağa nail olub. Beləliklə, görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Tarix
2018.05.19 / 21:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla